Azərbaycan qadınlarının
bir qrupuna Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdlərinin
verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
“Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli
fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
elm və mədəniyyət sahələrində
böyük xidmətləri olan aşağıdakı
qadınlara Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdləri verilsin:
İbrahimova Sevda
Mirzə qızı
Məhərrəmova
Rəhilə Cavad qızı
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 sentyabr 2008-ci il
Xalq qəzeti.- 2008.- 26 sentyabr.- S. 6.