Tovuzda tarixi abidə aşkarlanıb
Tovuz rayonunun Aşağı Quşçu kəndinin yaxınlığında yeni "Göytəpə" abidəsi aşkar edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu abidə təxminən 2 hektara yaxın ərazini əhatə edir. Fransa mütəxəssislərinin köməyi ilə aparılmış radiokarbon analizinə əsasən abidənin eramızdan əvvəl VI minilliyə aid olduğu aşkarlanıb. Bu yaşayış məskəni insanların ilk oturaq tərzinə keçməsi və əkinçiliklə məşğul olma tarixinin nümunəsidir. Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri, tarix elmləri namizədi Fərhad Quliyevin rəhbərliyi ilə aparılan tədqiqat işləri nəticəsində bir-birinə sıx tikilmiş komplekslər, yaşayış evləri, təsərrüfat tikililəri aşkar olunub. Bütün aşkar olunmuş tikililər çiy kərpicdən inşa edilib.
"Göytəpə" yaşayış
yeri abidəsi tarix və mədəniyyət
abidələrinin siyahısına
daxil edilib. "Göytəpə"
abidəsinin qorunması
və təbliğ olunması ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi
və Tovuz rayon İcra Hakimiyyəti tərəfindən
müvafiq tədbirlərin
görülməsinə başlanılıb.
Palitra.- 2008.- 24 sentyabr.- S. 12.