Vəliyev Ə.
"Azərbaycan"a cavab verirlər
Tarix
və mədəniyyət abidələrinə qayğı
ön plandadır
"Azərbaycan"
qəzetinin 30 iyul 2008-ci il tarixli sayında dərc olunmuş
"Abidələr haray çəkir" başlıqlı
məqalə Mədəniyyət və Turizm Nazirliyində
araşdırılmışdır.
Mədəniyyət
və Turizm Nazirliyində tarix və mədəniyyət
abidələrinin yeni siyahısı hazırlanır. Nazirlik
tərəfindən Azərbaycanın rayon icra hakimiyyətlərindən
və rayon mədəniyyət və turizm şöbələrindən
təzə siyahıya daxil olunması
məqsədəuyğun sayılan yeni aşkar olunmuş
tarix və mədəniyyət abidələri barədə
məlumat verilməsi xahiş olunmuşdur.
Goranboy rayonu
ərazisində 30 tarix və mədəniyyət abidəsi
var. Yaxın vaxtlarda Rəhimli kəndindəki "Türbələr
kompleksi"ndə və "Şatal qalası"nda
elmi-tədqiqat və konservasiya işlərinə,
Səfikürd kəndindəki "Türbələr"in,
Meşəli kəndindəki "Alban məbədi"nin
bərpasına başlanılacaq.
Goranboy rayon
Mədəniyyət və Turizm şöbəsindən
bildirmişlər ki, rayonun ərazisində 32 yeni aşkar
olunmuş tarix və mədəniyyət abidəsi
müəyyən edilib. Mütəxəssislər
tərəfindən abidələrin tarixi, memarlıq
dəyəri müəyyən edildikdən sonra onların yeni
aşkar olunmuş abidələrin siyahısına daxil
edilməsi məsələsinə baxılacaq.
Tovuz rayonu ərazisində
64 tarix və mədəniyyət abidəsi Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 ¹-li qərarı ilə
dövlət tərəfindən qorunur. Bunlardan Kirzan
kəndindəki "Məbəd": Yanıxlı
kəndindəki "Məscid" binalarını,
"Şiş Quzey düşərgəsi"ni,
"Torpaqtəpə" yaşayış yerini, "Küp
qəbirləri nekropolu"nu misal göstərmək olar.
Perspektiv plana əsasən, Tovuz rayonu ərazisində
yerləşən Vahidli kəndindəki "Məscid və
türbə"nin konservasiyası, Yanıxlı
kəndindəki "Məscid", Tovuz
şəhərindəki "Yaşayış evi",
Əsrik Çırdaxan kəndindəki "Məbəd
və qala divarları"nın qalıqlarının
bərpası və konservasiyası, Qazqulu kəndindəki
"Səkkizbucaqlı türbə"nin, Yanıxlı kəndindəki
"Türbə"nin, Vahidli kəndindəki Axınc
çayı üzərindəki "Sultan
körpüsü"nün, Yuxarı Ösküzlü
kəndindəki "Nəsib bəyin yaşayış
evi", "Türbə"nin və Kirzan kəndindəki
"Məbəd"in bərpası nəzərdə tutulub.
Tovuz rayon
Mədəniyyət və Turizm Şöbəsinin
məlumatına əsasən, rayonun ərazisində 12 yeni
tarix və mədəniyyət abidəsi müəyyən
edilmiş və onların təzə siyahıya daxil
edilməsi nəzərdə tutulmuşdur.
Şəmkir rayonu ərazisində 53 tarix və
mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2 avqust
2001-ci il tarixli 132 ¹-li qərarı ilə dövlət
tərəfindən qorunur. Bunlardan dünya
əhəmiyyətli arxeoloji abidə - Şəmkir
şəhərinin yaxınlığındakı
"Qədim Şəmkir şəhəri"nin
qalıqlarını, ölkə əhəmiyyətli
memarlıq abidələri - Şəmkir şəhərinin
yaxınlığındakı "Şəmkir qalası"nı
və "Koroğlu qalası"nı, ölkə
əhəmiyyətli arxeoloji abidələr -
"Hacıallı qalaçası",
"Girzaltəpə" yaşayış yerini, "Sarxan
səngəri", "Andi səngəri",
"Keçəli" nekrolpolunu misal göstərmək
olar.
Perspektiv plana
əsasən, Şəmkir rayonu ərazisində
yerləşən "Lüteran" kilsəsinin
bərpası, Şəmkir şəhərinin
yaxınlığındakı "Şəmkir" və
"Koroğlu qalaları"nın konservasiyası,
"Qədim Şəmkir şəhəri" arxeoloji
abidəsinin konservasiyası və ərazisinin
abadlaşdırılması nəzərdə tutulmuşdur.
Şəmkir rayon
Mədəniyyət və Turizm şöbəsi
tərəfindən təqdim olunmuş arayışa
əsasən, rayonun ərazisində 12 yeni aşkar olunmuş
tarix və mədəniyyət abidəsi müəyyən
edilmişdir.
Qazax rayonu
ərazisində 111 tarix və mədəniyyət abidəsi
var. Plana əsasən Qazax rayonundakı Daş Salahlı
kəndi ərazisində yerləşən "Alban"
və "Koroğlu" məbədlərinin, Xanlıqlar
kəndi ərazisində yerləşən "Didvan
qülləsi"nin, Birinci Şınıx kəndindəki
"Türbələr"in. "Sınıq
körpü"nün bərpası və "Avey"
Dövlət tarix-mədəniyyət qoruğu
üçün yeni inzibati binanın tikilməsi
nəzərdə tutulmuşdur.
Gəncə
şəhəri ərazisində 258 tarix və
mədəniyyət abidəsi var. Perspektiv plana əsasən,
Gəncə şəhəri ərazisində
yerləşən "İmamzadə" kompleksinin
bərpası və ətrafının
abadlaşdırılması, "Şah Abbas
karvansarayı"nın bərpası, Gəncə
Dövlət Kukla Teatrının binasının
bərpası, Gəncə Dövlət
Tarix-Mədəniyyət qoruğu üçün yeni inzibati
binanın tikilməsi nəzərdə tutulmuşdur.
Son illər respublika
ərazisində gedən geniş inkişaf və
dirçəliş tarix və mədəniyyət
abidələrinin bərpası, mühafizəsi və
istifadəsi sahəsində də öz əksini
tapmışdır. Cari ildə Bakı
şəhərindəki Rus Dram Teatrında və Balakən
rayonundakı "Minarəli məscid"də bərpa
işləri başa çatdırılıb. Hazırda
Bakı şəhərində Heydər Əliyev sarayında,
Hökumət evində, Muzey Mərkəzində, Akademik Milli
Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında,
İncəsənət muzeyində, Nardaran kəndindəki
"Xan bağı"nda, Lənkəran
şəhərindəki "Dairəvi qala"da, Zaqatala
rayonundakı "Qala divarları"nda bərpa işləri
davam etdirilir.
Bakı Dövlət
Sirkində, Qax rayonundakı "Həsənxan
qalası"nda, Salyan şəhərindəki
"Cümə" məscidində, Bərdə
şəhərindəki "Nüşabə
qalası"nda, Şəki şəhərindəki
"Nakam" adına kitabxanada, 12 ¹-li musiqi
məktəbində, Xalça muzeyində, Mingəçevir
Dövlət Dram Teatrında cari ildə bərpa
işlərinə başlamaq nəzərdə tutulmuşdur.
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Gəncə
Filarmoniyasının bərpası, Nizami kinoteatrının
binasında müasir tələblər səviyyəsində
bərpa-yenidənqurma işlərinin aparılması, Qobustan
Milli Tarix-Bədii Qoruğunun muzeyi və inzibati binasının
tikilməsi və ətraf sahənin
abadlaşdırılması işlərinin satınalması
ilə əlaqədar açıq tender elan edilmişdir.
Tenderin nəticələri məlum olduqdan sonra bu
abidələrdə də işlərə başlamaq
planlaşdırılır.
Mədəniyyət
və Turizm Nazirliyində hazırlanan 2009-2013-cü illər
üçün perspektiv plana əsasən, respublika
ərazisində olan 135 tarix və mədəniyyət
abidəsinin bərpası və konservasiyası
nəzərdə tutulmuşdur.
Azərbaycan.- 2008.- 4 sentyabr.- S. 7