Afra-otel kurort biznes mərkəzinin açılışı

 

Prezident İlham Əliyev sentyabrın 20-də Oğuz rayonunda “Afra-otel” kurort və biznes mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Tikintisinə 2006-cı ilin iyununda başlanmış, yarımzirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bu mərkəzin binasının ümumi sahəsi 6780 kvadratmetrdir. Binanın yarımzirzəmi hissəsində bar, kabinetlər, bilyard oyun otaqları, habelə qazanxana, anbar, transformator yardımçı stansiyası yerləşir. Əsas mərtəbələr biznes mərkəzi, inzibati otaqlar, 65 yerlik konfrans salonu, 60 200 yerlik restoranlar, eyni vaxtda 108 nəfərin qalması üçün 1 2 yerlik 31 nömrə, o cümlədən 4 ədəd lyuks nömrə vardır.

Polşa və Cənubi Koreya istehsalı olan istilik və havalandırma sistemləri olan binada 6 və 8 nəfərlik 2 sürətli lift də quraşdırılmışdır. Qonaqlar sürətli internet peyk rabitə xidmətlərindən geniş istifadə edəcəklər.

Mərkəzin tikintisində Sahibkarlığa Kömək Milli Fondundan alınmış 500 min manatlıq güzəştli kreditlərdən də istifadə olunmuşdur.
Burada 40 daimi yeri yaradılmışdır.

Prezident İlham Əliyev konfrans salonu, restoranlar, həyətdəki 4 ədəd kottec, 25 metrlik su hovuzu, tennis kortu, əl oyunları meydançası, disko-klub, sağlamlıq mərkəzi, avtomobil dayanacağı və digər tikililərlə tanış oldu, ərazini gəzdi.

Xalq qəzeti.- 2008.- 21 sentyabr.- S. 5.