Qafqaz turizm-istirahət kompleksi müasir tələblərə cavab verir

 

Sentyabrın 20-də Prezident İlham ƏliyevQafqazturizm-istirahət kompleksi ilə tanış olmuşdur.

Tikintisinə 2005-ci ildə başlanan 250 yerlik kompleksdə 2 beşmərtəbəli mehmanxana binası, 20 kottec, restoran, bar, konfrans salonu vardır. Tikintinin başa çatmış birinci mərhələsinə və avadanlıq alınmasına 24 milyon manat xərclənmişdir.

İkinci hissədə işlər davam edir. Burada açıq qapalı hovuzlar, kotteclər, fitnes digər əyləncə mərkəzlərinin tikintisi nəzərdə tutulur.

Kompleksdə 180 nəfər daimi işlə təmin olunacaqdır.

Dövlətimizin başçısı ərazini gəzdi, mehmanxana və kotteclərlə yaxından tanış oldu. Azərbaycan Prezidenti burada yaradılan şəraiti yüksək qiymətləndirdi. Turizm sahəsinin həm regionun inkişafı, həm ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi üçün mühüm vasitə olduğunu vurğuladı.

Bununla da Prezident İlham Əliyevin Şəki–Zaqatala bölgəsinə səfəri başa çatdı.

Xalq qəzeti.- 2008.- 21 sentyabr.- S. 7.