Yengicə İstisu sağlamlıq istirahət kompleksi ilə tanışlıq

 

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Qəbələ rayonunun Yengicə kəndində yerləşənİstisusağlamlıq istirahət kompleksində olmuşlar.

Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2006-cı ildə başlanmış 50 yerlik kompleksdə 21 vanna, müayinə otaqları, yeməkxana, istirahət otaqları vardır.

Avadanlıqla birlikdə dəyəri 2 milyon 200 min manat olan kompleksin ərazisində 80 yerlik beşmərtəbəli yeni korpus da tikilmişdir. Kompleksdə 50 nəfər çalışır.

Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964–68-ci, 1973–77-ci illərdə keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində yoxlanılmış və suyun minerallarla zəngin olduğu təsdiqlənmişdir. Qızdırılmış çay daşları ilə qızdırılan sudan revmatizmin, oynaq dəri xəstəliklərinin, sümük ağrılarının, osteoxondrozun sair xəstəliklərin müalicəsi üçün istifadə olunur. Suyun tərkibində natrium, kalium, ammonium, maqnezium, kalsium, xlor, sulfid vardır.

Prezident İlham Əliyevə yeni tikilən 56 yerlik müalicəvi mərkəz barədə də məlumat verildi. Dövlət başçısının ölkəmizdə turizmin inkişafı ilə bağlı Fərmanından sonra tikintisinə başlanmış mərkəzdə vanna otaqları, buxar hamamı, əlillər üçün müalicəvi su hovuzu, masaj otaqları, palçıq vannaları, laboratoriya, müayinə otaqları sair olacaqdır.
Dövlətimizin başçısı mərkəzin layihəsi ilə tanış oldu, “İstisuda görülən işləri yüksək qiymətləndirdi bu kompleksin insanlara şəfa verəcəyini bildirdi.

 

Xalq qəzeti.- 2008.- 21 sentyabr.- S. 7.