Qazaxda Dövlət Rəsm Qalereyası açılmışdır
Azərbaycan
Prezidenti İlham Əliyev sentyabrın 24-də Qazax
Dövlət Rəsm Qalereyasının
açılışında iştirak etmişdir.
Burada Azərbaycan rəssamlarının 373 əsəri
toplanmışdır. Rəsm
qalereyasının əsası
1986-cı ildə qoyulsa da, binada
yalnız bu il yenidənqurma işləri aparılmışdır.
İndi o, şəhərin yaraşıqlı
memarlıq nümunələrindən
birinə çevrilmişdir.
Qalereya ilə
tanışlıq zamanı dövlətimizin
başçısına məlumat verildi ki, hazırda
sərgi salonunda 62 rəsm əsəri nümayiş etdirilir. Onların bir qismi
Rəssamlar İttifaqının
hədiyyəsidir. Tanınmış
yerli fırça ustaları Nəcməddin
Hüseynovun və Alyoş Abdullayevin əsərləri qalereyanın
qiymətli eksponatlarından
sayılır. Azərbaycanın
xalq rəssamı Toğrul Nərimanbəyovun
əsərinin isə
ekspozisiyada xüsusi yeri var. Qalereyada
uşaq rəsm dərnəyi də fəaliyyət göstərir.
Bununla da
Azərbaycan Prezidentinin Qazaxa səfəri başa
çatdı.
Xalq qəzeti.- 2008.- 25 sentyabr.- S. 3.