Sülhə çağıran sərgi

 

Muzey Mərkəzinin sərgi qalereyasında Ombudsman Aparatının təşkilatçılığı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi açılıb.

Müxtəlif məktəblərin şagirdlərinin fərqli janrlarda sülhü əks etdirən 100-ə yaxın əsərinin nümayiş olunduğu sərginin açılışında çıxış edən ombudsman Elmira Süleymanova BMT tərəfindən elan olunan bu günün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Tədbirdə BMT-nin Azərbaycanda rezident-nümayəndəsi Bruno Pueza, İsveçrənin Azərbaycandakı səfiri Alain Quidetti, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov və başqaları çıxış ediblər. Qeyd edək ki, 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibəti ilə Ombudsman Aparatının təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.

 

Mədəniyyət.- 2008.- 18 sentyabr.- S. 2.