Yunus N.
80 illik yubiley 80
əsərlə qeyd olundıı
19 sentyabr tarixində
görkəmli Azərbaycan rəssamı Nadir Qasımovuıı
Muzey Mərkəzində sərgisi keçirildi.
Mədəniyyət
Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının
təşkilatçılığı ilə açılan
bu sərgi rəssamın 80 illik yubileyi ilə əlaqədar
idi. Qeyd edim ki, sərgidə 80 yaşın simvolik olaraq 80
əsəri nümayiş olundu. Sərgi kataloqunun mətnini
N.Qasımovun həyat yoldaşı Valentina Qasımova və
əməkdar incəsənət xadimi Ziyadxan Əliyev
hazırlamışdır. Nəticə etibarilə rəssamın
maraqlı işlərindən ibarət olan hazır kataloq
sərgiyə təşrif buyuran tamaşaçılara
paylandı. Onu da vurğulayım ki, sərgi 23 sentyabra qədər
davam edəcəkdir.
Nadir Qasımov (1928-2000)
XX əsr Azərbaycan təsviri incəsənətində banisi
Tahir Salahov sayılan sərt üslubun ilk
nümayəndələrindən biri olubdur. N.Qasımovun
əksəriyyət əsərlərinin sərt üslubda işlənilməsinə
baxmayaraq, onların hər birində romantizmin elementləri
yumşaq duyulur. Buna misal olaraq onun "Əsgərlər
çimirlər"(1975), "Günbəz altında"(1975),
"Əsrlərin izi"(1967), "Dəniz
təlatümə gəlir"(1975) və diğər
tablolarını göstərmək olar. Əsərlərinə
daima qeyri-adi özünəməxsus adlar qoyan rəssam bu
fərqliliyi kompozisiyalarında da təcəssüm etdirirdi.
Rəssam yaradıcılığında neft və dəniz
mövzularına olduqca xüsusi yer ayırmış,
dəniz və neft buruqlarını özünəməxsus
səpkidə canlandırmışdı.
Rəssamın
"Rəfiqələr" (1969) və "Bazarda" (1967)
adlı kompozisiya əsərləri öz sərtliyi,
həmçinin rəngin tonallığı ilə
seçilirlər. Hər iki tabloda zəhmətkeş
qadınlar iş prosesində təsvir edilib. "Rəfiqələr"
əsəri soyuq, "Bazarda" əsəri isə
nisbətən isti koloritlə işlənilib. Bu da ehtimal ki,
mövzunun psixoloji tərəfini açıqlayır. Nadir
Qasımov ümumiyyətlə, isti və soyuq rənglərin
təzadlı ahəngindən istifadə etməyi sevirdi. Bunu
onun əsərlərindən açıq-aydın
görmək olur.
Muzey
Mərkəzində keçirilən yubiley sərgisinin
rəngarəngliyi elə məhz N.Qasımovun
yaradıcılıq koloriti ilə bağlı idi. Sərgiyə
toplaşan bir sıra sənətsevərlər
rəssamın yaradıcılığının
özəlliyindən və fərdiliyindən söz
açdılar.
Mədəniyyət.- 2008.- 20 sentyabr.- S. 10.