Dan ulduzuBeynəlxalq Festivalının iştirakçıları Milli Məclisdə olmuşlar

 

AzərTAc xəbər verir ki, sentyabrın 10-da Bakıda keçirilən "Dan ulduzu" Beynəlxalq Uşaq Gənclər Festivalının iştirakçıları Milli Məclisdə olmuşlar.

Festival 2004-cü ildən başlayaraq hər il "Dan" İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

Uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar arasında bədii yaradıcılıq vərdişlərinin üzə çıxarılması sahəsində çox effektiv nailiyyətlər qazanan festivalın iştirakçıları əvvəlcə parlamentin foyesində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoydular, bir-birindən maraqlı musiqi nömrələri nümayiş etdirdilər.

Milli Məclisin Sosial-siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli iştirakçıları salamladı və onlara parlamentin qanunvericilik fəaliyyəti, uşaqların hüquqları, sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində qəbul edilən qanunlar, uşaq parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, dövlət uşaqların sosial müdafiəsinin daha da gücləndirilməsi, təhsil almaları, sağlam böyümələri üçün bütün zəruri addımları atır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, festivalın Himayədarlar Şurasının fəxri sədri Mehriban xanım Əliyeva tez-tez uşaq evlərində internat məktəblərində olur. Bu uşaqların hər birini qayğı məhəbbətlə əhatə edən Mehriban xanım onlar üçün doğma insana çevrilmişdir.
H.Rəcəbli bu festivalın uşaq evlərində internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onlara çoxlu dost qazandırmaq istiqamətində xüsusi rolu olduğunu vurğuladı.
Festivalın Təşkilat Komitəsinin sədri Gülarə Teymurova
bildirdi ki, tədbirdə uşaq evləri internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlarla yanaşı, Bakıdakı türk liseylərinin yetirmələrinin, eləcə xarici ölkə səfirliklərinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təmsilçiləri, Türkiyə, İsrail, Qazaxıstan, Ukrayna, Rusiya, Hindistan digər ölkələrin nümayəndələri iştirak edirlər. O, belə səmimi qarşılanmaya görə Milli Məclisin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

Sonra uşaqlar parlamentin iclas zalı ilə tanış oldular. Hadi Rəcəbli, Milli Məclisin komissiya sədrləri, deputatlar uşaqları maraqlandıran sualları cavablandırdılar.

 

Azərbaycan.- 2008.- 11 sentyabr.- S. 5.