Təsviri sənətin keşikçisi

 

Hər gün emalatxanama çatar-çatmaz elə bil hansısa qüvvə məni dayanmağa vadar edir. Ayaq saxlayıram. Başımı qaldırıb vaxtı ilə onun yaşadığı mərtəbəyə baxıram. Yazıları ilə çoxlarını yaradıcılığa həvəsləndirən bənzərsiz qələm sahibi, istedadlı sənətşünas Mürsəl müəllim gözə görünmür. Xatırlayanda ki, o, xeyli müddətdir dünyasını dəyişib, özümdən asılı olmayaraq kövrəlirəm. Onun kimi ziyalı insanla əbədi ayrılmaq doğrudan da çətin imiş.

Mürsəl Nəcəfqulu oğlu Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta məktəbi başa vurduqdan sonra Bakı Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdi. 1936- ildən əmək fəaliyyətinə başlamış, respublika Nazirlər Sovetində "Təsviri sənət" bölməsinə rəhbərlik etmişdi. İki ildən sonra rəssamlıq texnikumunun direktoru təyin olunub Rəssamlar İttifaqının məsul katibi seçilib. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə, analitik təhlillə dərc etdirərdi. İkinci Dünya müharibəsi beş il onun da arzularını yarımçıq qoymuşdu. Könüllü cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdi. Vətənə "Qırmızı ulduz" ordeni müxtəlif medallarla qayıtmışdı.

1946-cı ildə o, Rəssamlar İttifaqına sədr seçilib, eyni zamanda, Rəssamlıq Texnikumunun direktoru təyin edilir. İşinin çoxluğuna baxmayaraq Mürsəl müəllim ali təhsil almağı da unutmayıb. İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun nəzəriyyə incəsənət fakültəsini bitirib. Bir neçə il İncəsənət muzeyində şöbə müdiri elmi katib işləyib. 1962-ci ildə elmlər namizədi, 7 ildən sonra isə elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiyaları uğurla müdafiə edib. 1972-ci ildə Azərbaycan Memarlıq İncəsənət İnstitutunun təsviri sənət kafedrasının müdiri seçilib ömrünün sonuna kimi həmin vəzifədə çalışıb.

Mürsəl müəllim istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən alim idi. 1954-cü ildən başlayaraq onun kitabları, məqalələri Bakıda, Moskvada və başqa respublikalarda dərc edilmişdi. O, Azərbaycan televiziyası üçün 250-dən artıq verilişin ssenarisini yazmış, təsviri sənətə həsr olunanların bir çoxunun aparıcısı olmuşdu. 1970-ci ildən məhz onun təşəbbüsü ilə ekrana çıxan "Palitra" dövrün ən baxımlı verilişlərindən biri olmuşdur. Bu ənənə indi davam etdirilir. O, "Azərbaycan Ensiklopediyası" üçün 67 məqalə yazıb. Gərgin əməyi, axtarışları da vaxtaşırı qiymətləndirilmişdi. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, dövlət mükafatı laureatı idi. Yaradıcılıq uğurlarına baxmayaraq onu sadə, səmimi, qayğıkeş insan kimi tanıyırdıq.
Onun Bəhruz Kəngərli, Əzim Əzimzadə, Böyükağa Mirzəzadə, Tahir Salahov, Vəcihə Səmədova, Oqtay Sadıqzadə bir çox başqalarının həyat yaradıcılıqlarından bəhs edən kitabları çap olunmuşdu. Mürsəl Nəcəfovun "Rəssam zaman" toplusu bu gün mənim stolüstü kitabım, bilik mənbəyimdir. Niyə həmin çap nümunəsini belə üstün tuturam? Çünki onun haqqında yazdıqları şəxslər təkcə xatırlatmır, həm onların talelərini, yaradıcılıqlarını xəyallarda canlandırır. "Rəssam zaman" bədii, publisistik topluya xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin yazdığı "Ön söz" bu fikirləri etinasız oxuya bilmirəm: "Gənc nəslin estetik tərbiyəsində, dünyagörüşündə incəsənətin mahiyyətini yüksək qiymətləndirən sənətşünas, onların maraqla qarşıladığı, həvəslə oxuduğu elmi-kütləvi kitablar yazır, televiziya radioda, məktəblərdə, kitabxanalarda səmimi, mehriban, gələcəyə səsləyən çıxışlar edir. Müəllifin "Əsrlərdən xatirə" "Gözəllik aləminə səyahət" kitabları kimi "Rəssam zaman"da yeniyetmələri, gəncləri dünya incəsənətinin ən kamil inciləri ilə tanış edirE Şübhə yoxdur ki, sadə, anlaşıqlı dildə yazılmış bu məqalə oçerklər toplusu gələcək nəsillərin dünyagörüşlərinə müsbət təsirini göstərəcəkdir".
Mürsəl Nəcəfov ədəbiyyat incəsənətimizin tarixinə, şanlı keçmişinə dərin hörmət, böyük məhəbbət bəsləyərdi. Mirzə Cəlilin, Oskar Şmerlinqin, İozef Rotterin adları çəkiləndə ehtiram əlaməti olaraq ayağa durardı. Bu qeydləri həmişə qiymətlidir: "Cəlil Məmmədquluzadənin yaratdığı uğrunda min zillətlər, cəfalar çəkdiyi "Molla Nəsrəddin" jurnalı xalqımızın xoşbəxt gələcəyinə ayna tutduE Cəlil Məmmədquluzadə Azərbaycan fəhlə kəndlisi ilə sadə bir dildə, özünün dediyi kimi "açıq ana dilində" danışmağı qarşısına məqsəd qoymuşdu".

Yadıma görkəmli fırça ustası, dünya şöhrətli Tahir Salahovun bu sözləri düşür: "Biz hamımız işıqlı dünyadan ayrılacağıq. Unudulanlar da olacaq, könüllərdə, xatirələrdə yaşayanlar da. Şəxsən mən Mürsəl Nəcəfovu bu dünyada unutmamışam, haqqın dərgahında da unutmaram". Belə duyumlu, şərəfli deyimlər peşəkar sənətkarın ünvanına çox səslənib. Sonda bu fikrimi bildirmək istəyirəm: pedaqoji fəaliyyətinin, yazılarının yeri görünür, Mürsəl müəllim...


Azərbaycan.- 2008.- 20 sentyabr.- S. 14.