Fəxriyyə

 

Varlığın sirrini qavramaq istəyi...

 

Bu, Müslüm Eldarovun rəsm əsərlərində əksini tapıb

 

Sentyabrın 17-də "Yeni qalereya"da istedadlı heykəltəraş, rəngkar, qrafik ustası Müslüm Eldarovun rəsm sərgisi keçirildi. Sərginin açılışına bir ay qalmış dünyasını dəyişən rəssamı tanıyanlar onu nadir qavrayış, yeni ideya və təfəkkür generatoru, güclü xarakter sahibi olan insan kimi xarakterizə edirlər.

Görkəmli heykəltəraş, Azərbaycan Rəssamlar İttifaqının rektoru Ömər Eldarovun ailəsində dünyaya göz açan M.EIdarov hələ 80-ci illərin ortalarında Azərbaycan ziyalıları üçün yeni ideya mənbəyinə çevrilən Bakı İncəsənət Mərkəzinin əsasını qoyanlardan biri olub və sonralar uzun müddət həmin quruma rəhbərlik edib. Müslüm Eldarovun ən böyük xidmətlərindən biri də Londonda Azərbaycan İncəsənət Mərkəzini və "Humay" qalereyasını təsis etməsidir. Çox keçmədən tanınmış rəssam Avrasiya məkanında enerji sahəsinə həsr olunmuş ən sanballı nəşrlərdən birini - "CASPİAN" jurnalını dərc etməyə başlayıb. Milyonlarla insan Cənubi Qafqazın Azərbaycan adlı ölkəsi haqda bu dərgi vasitəsilə daha geniş məlumat alaraq, burda neftdən başqa, ədəbiyyatın, incəsənətin, musiqinin, memarlığın dərin ənənəlarinin, dünyada ən qədim qayaüstü rəsmlərdən birinin, valehedici təbiətin olduğu haqda bilgilərini daha da genişləndirdi. İstedadlı memar və rəssam kimi tanınan M.EIdarov xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti tədbirlərini həmişə milli bayrağımızla açırdı. Çünki o, vətənini, torpağını çox sevirdl və bütün əsərlərində də bunu nümayiş etdirməyə çalışırdı.

Rəssamın əsərlərinə tamaşa etdikdə, tamaşaçı onlarda varlığın sirrini qavramaq istəyini, enerjini, təxəyyülü, ruhu aydınca hiss edir.

Qeyd edək ki, Azərbaycan Hotellər Assosiasiyasının prezidenti Ağarəhim Əliyev də sərginin izləyiciləri arasında idi. A.Əliyev Müslüm Eldarovun yaradıcılığı ilə bağlı fikirtərini bizimlə bölüşdü: "Çox istedadlı və zəngin insan idi. Orijinal iş üslubu vardı. Bəlkə elə buna görə də illər ötsə də onun əsərləri həmişə tamaşaçı diqqətində olacaq. Çox təəssüf ki, o, bizi yaradıcılığının çiçəklənən dövründə tərk etdi".

 

Mədəniyyət.- 2008.- 20 sentyabr.- S. 10.