Karikaturçumuz mükafata layiq görülüb
Tanınmış
karikaturçu Bayram Hacızadə İsraildə kecirilən
14-cü Beynəlxalq Müsabiqəsində
həvəsləndirici mükafata layiq görülüb. "Azərbəycan-İsrail"
(Aziz) Beynəlxalq Assosiasiyasından verilən məlumata
görə, hər il keçirilən ənənəvi
müsabiqə üçün bu dəfə "60 yaşdan
sonra yeni həyat başlanır" mövzusu seçilib. Bu il
keçirilmiş müsabiqədə münsiflər
heyəti 60 ölkədən göndərilmiş 1000-ə
yaxın əsərlə tanış olub. (Ötən il 53
ölkədən 750 karikatur təqdim edilmişdi).
Müsabiqənin
qalibləri Ukrayna, Fransa və İtaliyadan olan
karikaturçular olublar. Mükafatların təqdimetmə
mərasimində Bayram Hacızadəyə çatacaq
mükafat "Aziz" idarə Heyətinin üzvü Yuri
Boçarova təqdim olunub. Qeyd edək ki, İsrailin Hayfa
şəhərində 1994-cü ildən ənənəvi
olaraq hər il keçirilən bu müsabiqə MDB
ölkələrindən olan repatriant rəssamların
təsis etdikləri "Penkom" Assosiasiyası və Hayfa
Bələdiyyəsi tərəfindən təşkil olunur.
Zaman.- 2008.- 18-19 sentyabr.- S. 9.