Şimali Kiprdəki karikatura müsabiqəsində Azərbaycan da təmsil olunub

 

Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq karikatura müsabiqəsi keçirilib. Festivala 8 ölkədən 13 karikaturaçı rəssam qatılıb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, ölkəni tədbirdə birliyinin sədri Bayram Hacızadə təmsil edib.

Karikatura janrının inkişafı və təbliğindəki xidmətlərinə görə Rusiyadan Mixail Zlatkovski, Ukraynadan Vladimir Kazanevski, Türkiyədən Atilla Özər, İsmayıl Kar, İtaliyadan Dalronte Paolo, Rumıniyadan Yulian Pena Pai, Kristian Toran, Makedoniyadan Cordan Por İliyev və Azərbaycandan B.Hacızadə festivalın gümüşdən hazırlanmış xüsusi mükafatına və xatirə hədiyyələrinə layiq görülüblər.

Tədbir çərçivəsində prezident Mehmet Əli Tələt rəssamlarla görüşüb. B.Hacızadə ona Azərbaycan karikatura sənətilə bağlı kitab hədiyyə edib.

 

525-ci qəzet.- 2008.- 10 sentyabr.- S. 7.