Avropa Şurasının kino siyasəti
üzrə forumu keçirilir
Tədbirə Azərbaycan da qatılıb
Sentyabrın 11-13-də Polşanın Krakov şəhərində
Avropa Şurasının Kino Siyasəti üzrə
Forumu keçiriləcək. Tədbirdə
Avropa Şurasına üzv
dövlətlər arasında kino sahəsində
qarşılıqlı münasibətlər və Avropa mədəniyyət
siyasətində, mədəniyyətlərarası
dialoqda kinonun rolu barədə müzakirələr aparılacaq.
Mədəniyyət və
Turizm Nazirliyindən "Olaylar"a verilən
məlumata görə, forumda nazirliyin əməkdaşları iştirak edəcəklər. Bununla yanaşı Avropa Şurasının Kiyev Təşəbbüsü Regional proqramı çərçivəsində Sərhədyanı
Kino Əməkdaşlığı layihəsi ilə
əlaqədar görüş keçiriləcək. Daha sonra Avropa Şurası nümayəndələri ilə Azərbaycanın Eurimages Dəstək Fonduna üzvlük məsələlərinin müzakirəsi planlaşdırılır. Fondun əsas məqsədi Avropa
kinematoqrafiyasının inkişafı üçün bu sahənin ilk növbədə maliyyə baxımından dəstəkləməsi, eyni zamanda
üzv ölkələr arasında
əməkdaşlığın genişləndirilməsinə nail
olmaqdan ibarətdi.
Üç nöqtə.- 2008.- 11 sentyabr.- S. 13.