Ba­kı­da II Bey­nəl­xalq Uşaq Film­lə­ri Fes­ti­va­lı­na start ve­ri­lib

 

Ba­kı­da II Bey­nəl­xalq Uşaq Film­lə­ri Fes­ti­va­lı­na start ve­ri­lib. Fes­ti­va­lın təş­ki­lat­çı­la­rı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı və Döv­lət Film Fon­du­dur. Məq­səd - uşaq­lar­da film­lə­rə ma­ra­ğı ar­tır­maq və re­jis­sor­luq qa­bi­liy­yə­ti­ni aş­kar­la­maq­la on­la­rı ki­no alə­mi­nə da­ha ya­xın et­mək­dir.

Film Fon­du­nun di­rek­to­ru Cə­mil Qu­li­ye­vin söz­lə­ri­nə gö­rə, on­lar uşaq və ye­ni­yet­mə­lə­ri Azər­bay­can ki­ne­matoqra­fi­ya­sı­na cəlb et­mək niy­yə­tin­də­dirlər: "Az­yaş­lı­lar­da ki­no sə­nə­ti­nə ma­raq oyat­maq is­tə­yi­rik. Ən əsa­sı odur ki, bu film­lər uşaq­la­rın da­xi­li alə­mi­ni əks et­dir­sin, on­lar uşaq­lar­da dost­luq, qay­ğı­keş­lik, bö­yük­lə­rə hör­mət, mə­həb­bət ya­rat­sın. Yə­ni bu film­lər uşaq­lar­da tə­miz, pak, ül­vi hiss­lər oyat­ma­lı­dır". Cə­mil Qu­li­yev onu da bil­di­rib ki, film­lə­rin qə­bu­lu ar­tıq baş­la­nıb. 5 ay müd­də­ti­nə 8 yaş­dan 15 ya­şa­dək uşaq­lar çək­dik­lə­ri hə­vəs­kar ek­ran əsər­lə­ri­ni Film Fon­du və Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın se­çim ko­mis­si­ya­sı­na təq­dim edə bi­lər. Fes­ti­val­da MDB və Av­ro­pa öl­kə­lə­rin­dən də uşaq­la­rın iş­ti­ra­kı göz­lə­ni­lir. Fes­ti­val­da iş­ti­rak et­mək hü­qu­qu­nu ba­xış mər­hə­lə­sin­dən ke­çən film­lər qa­za­na­caq. Film­lə­rin məz­mu­nuna, xro­no­met­ra­jına və sa­yı­na heç bir məh­du­diy­yət qo­yul­ma­yıb. Film­lər "Ən yax­şı ba­la­ca re­jis­sor", "Ən yax­şı ba­la­ca ope­ra­tor", "Ən yax­şı ba­la­ca akt­yor", "Ən yax­şı ko­mik film" və s. no­mi­na­si­ya­lar üz­rə mü­ka­fat­lan­dı­rı­la­caq. Qa­lib­lə­rə pul, dip­lom­lar və qiy­mət­li hə­diy­yə­lər ve­ri­lə­cək. Xa­tır­la­daq ki, I Bey­nəl­xalq Uşaq Film­lə­ri Fes­ti­va­lı ötən il sent­yab­rın 8-də ke­çi­ri­lib. Hə­min fes­ti­val­da gür­cüs­tan­lı Ta­ma­ra Ba­lar­caş­vi­li­nin "Hər kəs sev­gi is­tə­yir" fil­mi əsas mü­ka­fa­ta, azər­bay­can­lı Rü­ba­bə Mir­fey­zul­la­ye­va­nın "Se­hir­li qə­ləm" fil­mi isə 1-ci ye­rə la­yiq gö­rül­müş­dü.
   

Üç nöqtə.- 2008.- 11 sentyabr.- S. 13.