Heydər Əliyev adına
Mədəniyyət Evi
yeni görkəm almışdır
Sentyabrın 27-də Prezident İlham Əliyev Xaçmaz şəhərində əsaslı
təmirdən sonra istifadəyə verilmiş
Heydər Əliyev adına Mədəniyyət
Evində olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, 400 yerlik salonu olan mədəniyyət
evi tamamilə yeni görkəm almışdır. Üçmərtəbəli
binanın əsaslı
təmirinə 500 min manat xərclənmişdir.
Burada ulu öndərin büstü
qoyulmuş, həyat və fəaliyyətinə
dair fotoguşə yaradılmışdır. Mədəniyyət
evində 16 nəfər
çalışır.
Prezident İlham Əliyev
mədəniyyət evinin
salonuna baxdı, təmir işlərini yüksək qiymətləndirdi.
Xalq qəzeti.-
2008.- 28 sentyabr.- S. 5.