Kinoda
sözün hərfi
mənasında "can" qoyanlar
Bizdə "bədən dublyorları" varmı?
"Bədən
dublyorluğu" müasir dünya kinosunda, Hollivuddan
Bollivuda qədər yayılmış bir sənətdir.
Amma bu sənətin sahibləri sözün əsl mənasında
bədənləri ilə
oynayırlar. Bədən
dublyorluğunu kaskadyor
işi ilə dəyişik salmaq olmaz. Çünki bədən duyblorunun işi təkcə aktyorun əvəzinə döyüş, tullanma, atılma və s.
kimi çətin işləri, tryukları
yerinə yetirmək deyil. Filmdə
bədəninin müəyyən bir hissəsi kadra
uyğun gəlməyən aktyorun əvəzinə "can" qoymaqdır. Yəni rolu deyil,
əli, sinəni, bədəni, ayağı oynamaqdır.
Bəzən
bədən dublyorları məşhur aktyorların, aktrisaların
bədənlərini "oynamalı" olurlar. Məsələn, sinəsi çox balaca
olan Sandra Ballokun əvəzinə yataq
səhnələrində
sinəsi daha gözəl olan başqa
qadını çəkirlər. Leonardo
di Kaprionun "Titanik"dəki rəsm çəkən əli özünün deyil, bədən dublyorunun olub. Və s.
və i. Maraqlıdır, yerli kinomuzda bədən dublyorlarından istifadə
olunurmu? Aktyorların
bədənlərinin bir
yerində problem yarananda
onun əvəzinə
kimi tapırlar? Bu işlə məşğul
olan xüsusi adamlar varmı? Və yaxud İncəsənət Universitetində
aktyorlara belə bir fənn tədris
olunurmu? Əli İsa Cabbarov: "Biz belə səhnələrə
xarici aktrisaları
dəvət edirik"
Rejissor Əliisa Cabbarovla söhbət zamanı məlum oldu ki, bədən
dublyorları bizdə
demək olar ki, yoxdur: "Bədən dubylorları
daha çox erotik, yataq səhnələrində lazım
olur. Bizim kinolarda isə belə səhnələr
çox cüzi olur. Olanda da
bizim aktrisalar belə rolları lap bədən dublyoru tapıldığı halda
belə, oynamaqdan imtina eləyirlər.
Buna görə də
biz məcbur oluruq ki, belə rollara Pribaltikadan, Rusiyadan aktrisalar dəvət edək. Onlar da bədən
dublyorluğu eləmir,
rolu bütün oynayırlar. Amma məsələn, Hollivudda
Nikol Kidman, Ketrin Zeta
Cons kimi aktrisaların
əvəzinə yataq
səhnələrində bədən dublyorları
çəkilir. Çünki
həmin aktrisalar açıq-saçıq səhnələrə
çəkilməkdən imtina edirlər. Bizdə isə bu mədəniyyət hələ yoxdur". Bəxtiyar Xanızadə:
"Bizdə professional bədən
dublyorlarına heç
ehtiyac da yoxdur" Aktyor-rejissor Bəxtiyar Xanızadə
isə bədən dublyorları ilə bağlı maraqlı şeylər danışdı:
"Bilirsiniz, bizdə
bədən dublyorları
bir yana dursun, heç əməlli-başlı kaskadyor
məktəbi də
yoxdur. Əgər
"Axırıncı aşırım"
filmindəki Qəmlonun
həmin o üç
kommunisti atla təqib eləməsi səhnəsi yadınızdadısa,
orada atın belində çapan nə Məlik Dadaşov idi, nə də kaskadyor. Kinostudiyada işıqçı işləyən
Rüstəm adlı
kişi idi. Boy-buxunu, at çapmağı
yerinə düşmüşdü,
Məlik Dadaşovun
əvəzinə onu
çəkmişdilər. Bizdə aktyorun əgər sifəti görünməyən səhnəsi
varsa, özünün
bədən üzvləri
o kadra uyğun gəlmirsə, kinostudiyadan-zaddan
bir adam tapırlar. Biz "Qərib
cinlər diyarında"
filmini çəkəndə
orada cəllad rolunu akytor-filan olmayan, ümumiyyətlə
filmə dəxli olmayan Qasım adlı bir nəfərə tapşırmışdılar.
Onun çox yekəpər bədəni
var idi. Yadınızdadırsa, fimldə
üzü də bağlı idi. O adam "Nəsimi" filmində Nəsimini soyan cəlladı, "Babək"də Babəkin
boynunu vuran cəlladı da oynamışdı. Yəni
hər üç filmdə təkcə bədənini çəkmişdilər".
O ki qaldı İncəsənət Universitetində
belə bir fənnin tədris olunmağına, Bəxtiyar
Xanızadə bildirdi
ki, bizdə belə bir sənət növü olmadığından, belə
bir fənn də tədris eləmirlər: "Məncə,
heç xüsusi bir ehtiyac da
yoxdur. Bədən dublyorları o ölkələrdə
lazımdır ki, oranın film sənayesi
çox güclü
inkişaf eləsin.
Bizdə ildə bir-iki film çəkilir.
O filmlərdə də
nadir hallarda bədən
dublyorlarına ehtiyac
olur. Təsəvvür
edin ki, universitetdə belə
bir fakültə açıldı. Məzunlar
yetişdirildi. Sizcə,
film sənayesi belə
zəif inkişaf edən ölkədə
həmin adamlar nə ilə məşğul olmalıdır?"
Üç nöqtə.- 2008.-13 sentyabr.- S. 13.