“Qala” filmi
festivalda nümayiş
etdirilib
Ötən həftədən etibarən Anapada XVII "Kinoşok" kino festivalı öz işinə başlayıb
və festivala sentyabrın 21-də yekun vurulub. Azərbaycan festivalda reyissor Şamil Nəcəfzadənin "Qala"
filmi ilə təmsil olunub. Ramiz Rövşənin ssenarisi əsasında çəkilən filmin operatoru Kənan Məmmədov, rəssamları
Arif Məhərrəmov
və Əziz Məmmədovdur. Filmdə
baş rolları Xalq artistləri Rasim Balayev və
Firəngiz Mütəllibova
canlandırıblar.
Xatırladaq ki, "Kinoşok"
festivalında MDB və
Baltikyanı ölkələr
iştirak ediblər.
15 ölkənin təmsil
olunduğu festivalın
himayədarları Rusiya
Prezidentinin Administrasiyası,
Rusiya Mədəniyyət
Nazirliyi, Krasnodar və Anapa administrasiyalarıdır.
Festival çərçivəsində
beş istiqamətdə
müsabiqə də təşkil olunub.
Kaspi.- 2008.- 23 sentyabr.- S. 15.