Heydər Əliyev Elm
Mərkəzində ulu
öndərin zəngin
irsi ilə bağlı araşdırmalar
aparılacaqdır
Sentyabrın
24-də Qazax şəhərində Heydər Əliyev Elm
Mərkəzinin açılışı olmuşdur.
Prezident İlham Əliyev
açılışı bildirən rəmzi lenti kəsdi.
Orijinal formalı geniş binada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Qazaxlılar xalqımızın dahi oğlunun, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusunun xatirəsini əziz tuturlar. Hələ ötən əsrin 70-ci illərində
Heydər Əliyevin Qazaxa səfərləri bu rayonun həyatında
silinməz izlər buraxmışdır.
Mərkəzdə
o dövrdən yadigar olan fotolar, habelə ümummilli liderin
1998-ci ildə prezident seçkiləri ərəfəsində
rayona səfərlərini və ictimaiyyətlə
görüşlərini əks etdirən
fotoşəkillər böyük maraq doğurur.
Mərkəzdə dünyada çox
az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən Ubiq’Window sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər,
video görüntülər
və mətnlər vasitəsilə ulu öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür.
Mərkəzdə kitabxana, kompyuter
kursları da yaradılmışdır. Burada
elmi araşdırmalar
da aparılacaq, gənclər ulu öndərin zəngin irsini öyrənəcəklər.
Mərkəzdə Qafqazda yeganə
olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır.
Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır.
Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, Günəş sistemi, planetlər və sair göstərilir.
Prezident İlham Əliyev
fotoşəkillərə və
eksponatlara, ekranda nümayiş etdirilən səma cisimlərinə baxdı. Dövlətimizin
başçısı Elm
Mərkəzindəki funksional
əlaqə studiyasında
bir neçə rayon məktəbləri ilə monitor vasitəsilə birbaşa
əlaqəyə girdi:
-Salam uşaqlar, necəsiniz?
Uşaqlar: Salam.
Yaxşıyıq.
İlham Əliyev: Mən
sizi salamlayıram və yeni dərs
ilinin başlanması
münasibətilə sizi
təbrik edirəm.
Uşaqlar: Cənab Prezident,
çox sağ olun, təşəkkür
edirik.
İlham
Əliyev: Siz yaxşı oxumalısınız, peşəkar
olmalısınız, savadlı, bilikli olmalısınız. Azərbaycanın gələcəyi sizinlə bağlı olacaqdır. Azərbaycanda
təhsilin səviyyəsinin
qaldırılması üçün
dövlət çox
işlər görür.
Yeni məktəblər
tikilir, təhsilin keyfiyyəti artır. Artıq burada ən müasir informasiya-kommunikasiya texnologiyaları
tətbiq olunur. Mən çox şadam ki, bu gün Qazaxda,
Heydər Əliyev Elm Mərkəzində belə gözəl avadanlıq qurulubdur və 9 məktəbdə
eyni avadanlıq var. Biz bir-birimizi
görürük, söhbət
edirik. Mən çox şadam ki, Azərbaycanda bu sahədə çox böyük işlər görülür.
Bütün uşaqlar kompyuteri, yeni texnologiyaları bilməlidirlər
və bütün müasir, mütərəqqi
təcrübə Azərbaycanda
tətbiq olunmalıdır.
İlk növbədə,
təhsil sahəsində.
Çünki təhsilin
səviyyəsindən ölkənin
gələcəyi asılıdır. Mən bu
gün sizə uğurlar arzulayıram. Arzu edirəm ki, siz yaxşı
oxuyasınız və
böyüyəndə Azərbaycan
üçün çox
dəyərli vətəndaşlar
olasınız.
Rauf Hüseynov (Qazax Rayon İcra
Hakimiyyətinin başçısı):
Cənab Prezident, şagirdlər Sizə öz suallarını çatdırmaq istəyirlər.
ŞAGİRD: Möhtərəm cənab Prezident,
şairlər diyarı
Qazax mahalına xoş gəlmisiniz. İlk növbədə, rayonumuza təşrif buyurduğunuza və “Vətən sərhəddən
başlayır” prinsipinə
sadiq qalıb, sərhəd rayonlarının,
eləcə də Qazaxın abadlaşdırılmasına,
yeni məktəblərin tikintisinə görə Sizə dərin təşəkkürümüzü
bildiririk. Bu gün məktəbimizin şagirdləri adından
demək istəyirəm
ki, əvvəllər
orta məktəbi əla qiymətlərlə
başa vuran şagirdlərə qızıl
və gümüş
medallar verilərdi. O ənənənin bərpa
olunması mümkündürmü?
İlham Əliyev: Bilirsiniz,
keçmişdə müxtəlif
ənənələr olmuşdur.
Biz bütün ənənələrə
gərək bugünkü
Azərbaycanın reallığına
nə dərəcədə
cavab verib-verməmək baxımından
yanaşaq. Əlbəttə
ki, məktəbdə
yaxşı qiymətlərlə
oxuyan şagirdlər daha da böyük
üstünlüklərə malik olmalıdırlar.
Bildiyiniz kimi, indi Milli Məclisdə
təhsil haqqında qanun müzakirə olunur. Düzdür, bu müzakirə çox uzandı. Amma geniş müzakirə aparılır
və yəqin ki, lazım olan bütün tədbirlər bu qanunda öz əksini tapacaqdır.
Mən çox istəyirəm
ki, məktəblərdə
oxuyan şagirdlər çox bilikli olsunlar və onların ibtidai və orta təhsili
yüksək səviyyədə
olsun ki, gələcəkdə müxtəlif
sahələrdə çox
uğurla işləsinlər.
Hər bir gənc öz doğulduğu rayonun inkişafına da öz töhfəsini versin. Son illər
ərzində Qazax rayonunda da çox
böyük işlər
görülüb və
yeni müəssisələr
açılıbdır. Keçən
il çox gözəl Olimpiya Kompleksi açılmışdır,
onun açılışında
bərabər iştirak
etmişdik. Bu gün, bir neçə
dəqiqədən sonra
müasir Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak
edəcəyəm. Yəni
həm tibbi xidmət, həm təhsil, həm infrastruktur, həm də yeni müəssisələr,
yeni iş yerləri – Azərbaycanın
bütün rayonları
bax bu istiqamətdə
inkişaf edir. Biz məsələlərə
kompleks şəkildə
yanaşırıq. Əlbəttə
ki, təhsil məsələlərinin ön
planda olması Azərbaycanın dövlət
siyasətinin təzahürüdür.
Bizim gələcək
bütün uğurlarımız
bugünkü gənclərin
fəaliyyətindən asılıdır.
Mən sizi bir
daha həm salamlayıram, həm də yeni dərs
ilinin başlanması
münasibətilə təbrik
edirəm. Sizə bir daha tövsiyə
edirəm ki, yaxşı oxuyasınız
və bilikli mütəxəssislər olasınız.
Sağ olun.
Şagirdlər: Cənab Prezident,
təşəkkür edirik.
Sonra dövlətimizin başçısı Elm
Mərkəzinin Fəxri
qonaqlar kitabına ürək sözlərini
yazdı.
Xalq qəzeti.- 2008.- 25
sentyabr.- S. 1.