Mükərrəmoğlu M.
Dövlət Film Fondu yeni materiallarla zənginləşir
Müstəqillik qazandıqdan
sonra Azərbaycanda milli-mənəvi sərvətlərin
toplanması, saxlanması,
gələcək nəsillərə
çatdırılması istiqamətində ciddi işlər görülməyə
başlandı. SSRİ tərkibində
yaşadığımız dövrdə milli mədəniyyət nümunələrimiz
müxtəlif muzey və fondlara səpələnmişdi. O cümlədən,
filmlərimiz, sənət
adamları haqqında
materiallar da SSRİ-nin ayrı-ayrı şəhərlərində yerləşdirilmişdi.
Azərbaycan Dövlət
Film Fondunun yaradılması
həmin materialların
ortaya çıxarılması
və ölkəyə
gətirilməsi işini
xeyli sürətləndirdi.
Bu gün həmin fonda müxtəlif ölkələrdən onlarla
fılm və digər materiallar gətirilmişdir.
Bu yaxınlarda isə Gürcüstandakı
şəxsi arxivlərdən
birindən maestro Niyazi
və Müslüm Maqomayev haqqında arxiv sənədləri və fotolar bu fonda təhvil
verilmişdir. Fondun direktoru, əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin verdiyi məlumata görə, həmin sənədlər
artıq fondun müvafıq bölmələrində
yerləşdirilmişdir. Bu yaxınlarda Böyük Britaniyadakı şəxsi
arxivlərdən birindən
məşhur aktyor Robert
Rossun 1960-cı ildə
Bakıda səfərdə
olan zaman çəkdirdiyi fotolar
Film Fonduna təqdim olunmuşdur. Məlumat üçün bildirək ki, R.Ross "Sirk", "Şirlər adası",
"Boksçular" "Cəvahirlər adası"
və digər fılmlərdə baş
rolları ifa etmişdir.
Xaql qəzeti.- 2008.- 2 sentyabr.- S. 3.