Mükərrəmoğlu M.

 

Krakovda Avropa Şurasının kino siyasəti üzrə forumunda Azərbaycan nümayəndələri də iştirak edirlər

 

Polşanın Krakov şəhərində Avropa Şurasının kino siyasəti üzrə forumu keçirilir. Tədbirdə Avropa Şurasına üzv dövlətlər arasında kino sahəsində qarşılıqlı münasibətlər Avropa mədəniyyət siyasətində mədəniyyətlərarası dialoqda kinonun rolu barəsində müzakirələr aparılır.
Forumda Mədəniyyət Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov Beynəlxalq əlaqələr mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə iştirak edirlər. Tədbir çərçivəsində Avropa Şurasının üzv dövlətlərin nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, iştirakçılar 2008-ci ilin 2-3 dekabrında Bakıda keçiriləcək Avropa Şurasının mədəniyyət nazirlərinin konfransı barədə məlumatlandırılacaqlar. Tədbirdə Avropa Şurasının Mədəniyyət, Mədəni Təbii irs üzrə direktoru Rober Palmerlə sözügedən Bakı konfransının təşkil olunması istiqamətində görülmüş işlər regionda baş verən hadisələr fonunda Bakı prosesinin əhəmiyyəti barəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bununla yanaşı Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində Sərhədyanı Kino Əməkdaşlığı layihəsi ilə əlaqədar görüş keçiriləcəkdir.

Səfər çərçivəsində həmçinin Avropa Şurasının nümayəndələri ilə Azərbaycanın “Eurimages” Dəstək Fonduna üzvlük məsələlərinin müzakirəsi planlaşdırılır. EurimagesDəstək Fondunun əsas məqsədi Avropa kinematoqrafiyasının inkişafı üçün bu sahənin ilk növbədə maliyyə baxımından dəstəklənməsi, eyni zamanda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə nail olmaqdan ibarətdir.

Xalq qəzeti.- 2008.- 11 sentyabr.- S. 8.