Mürvətqızı S.

 

Milli cizgi filmlərindən ibarət DVD buraxılıb

 

Bu günlərdə milli cizgi filmlərindən ibarət DVD-lərin tirajı üzərində yekunlaşıb. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə diskə daxil edilən, müxtəlif illərdə çəkilən filmlərin Rusiya Azərbaycan mütəxəssislərinin səyləri ilə Azərbaycan dilində bərpa olunmuş variantı seçilib. Topluya kiçik yaşlı uşaqlar üçün animasiya filmləri daxil edilib.

Cizgi filmlərilə bağlı həyata keçirilən layihə əsasında 21 bu tipli ekran işi Rusiya paytaxtından ölkəmizə gətirilib. Filmlər "Yeni Dalğa" studiyasında səsləndirilib. Bu cizdi filmlərindən ibarət toplunun 1-ci hissəsidir. Gələcəkdə layihənin davam etdirilməsi nəzərdə tutulub.

Mədəniyyət və Turizm Nazirliyi ilə Heydər Əliyev Fondunun birgə həyata keçirdikləri layihələr arasında ilk uşaq məcmuəsi olan diskli albomlar məktəblilər, eləcə də bağça uşaqları üçün nəzərdə tutulub. Filmlərin televiziya kanalları ilə ardıcıl nümayiş etdirilməsi planlaşdırılır.

 

525-ci qəzet.- 2008.- 10 sentyabr.- S. 7.