Heydər Əliyev Müstəqilliyimiz əbədidir  kitabının 23-cü cildi çapdan çıxmışdır

 

"Cənubi Qafqaz regionu Avropanın ayrılmaz hissəsidir. Mən Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyi ölkələrinin, Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın ATƏT-in marağı olan bütün digər üzvlərinin dövlət hökumət başçılarına müraciət edərək, onları regionumuzun problemlərinin həlli üçün qətiyyətli fəaliyyət göstərməyə çağırıram. Mən Cənubi Qafqazda təhlükəsizlik əməkdaşlıq paktının təsis olunmasını təklif edirəm. Belə bir pakt dövlətlərarası münasibətlərin münaqişələri aradan qaldırmağın prinsipial əsaslarını təsbit etməlidir. Onun əsasında regiondan xarici qüvvələr çıxarılmalıdır. Regionu bölən ayırıcı xətlər aradan qaldırılmalıdır. Təcavüzə, etnik təmizləmələrə, separatçılığa terrorizmə son qoyulmalıdır. Baş vermiş faktlar əsasında hərəkətlərə ikili standartlara yol verilməməlidir. Belə bir pakt regionda sülh, sabitlik təhlükəsizlik yaranmasına, Cənubi Qafqazın suveren, müstəqil demokratik dövlətlərinin iqtisadi tərəqqisinə əməkdaşlığına gətirib çıxarardı. XXI əsrin astanasında beynəlxalq birliyin Cənubi Qafqazda uğurlu fəaliyyəti azad, bölünməz və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı".

Cənubi Qafqazda baş vermiş son hadisələri nəzərə alsaq, çox böyük uzaqgörənliklə və müdrikliklə deyilmiş bu sözlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin Azərnəşr tərəfindən yenicə çapdan buraxılmış 23-cü cildindən - ümummilli liderin 1999-cu il noyabrın 18- İstanbulda Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) zirvə görüşündəki nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Prezidentin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Ümummilli liderin 1999-cu il noyabrın 2-də Ankarada Beynəlxalq Atatürk Sülh Mükafatı Komissiyasının sədri, Atatürk Dil və Tarix Qurumunun rəhbəri professor Rəşad Gənclə söhbəti ilə açılan cilddə həmin ilin noyabr-dekabr aylarını əhatə edən materiallar - nitqlər, müsahibələr, təbriklər, bəyanatlar, müxtəlif səviyyələrdə görüşlər barədə hesabatlar toplanmışdır.

Ulu öndərin Rusiya hökuməti sədrinin birinci müavini Nikolay Aksyonenkonun başçılıq etdiyi nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero, Azərbaycan yazıçılarının bir qrupu, Fransa Prezidenti Jak Şirak, Türkiyə Prezidenti Süleyman Dəmirəl, Avropa Komissiyasının sədri Romano Prodi, Almaniyanın federal kansleri Gerhard Şröder, ABŞ-ın keçmiş dövlət katibləri, dünya şöhrətli alim, xalqımızın böyük dostu İhsan Doğramacı və başqaları ilə görüşlərdə söhbətləri, Azərbaycan neftinin BTC kəməri ilə nəqlinə dair Azərbaycan, Gürcüstan və Türkiyə arasında İstanbulda sazişin imzalanması mərasimindəki, respublika ictimaiyyəti nümayəndələrinin ATƏT-in İstanbul zirvə görüşünün yekunlarına həsr olunmuş toplantısındakı, Türkiyədə keçirilən "Eroziya ilə mübarizə" həftəsinin açılış mərasimindəki, uşaqların beynəlxalq televiziya və radio günü münasibətilə keçirilən şənlikdəki nitqləri cilddə mühüm yer tutur.
Oxucular çoxcildliyin bu kitabında ümummilli lider Heydər Əliyevin xarici səfərləri, dövlət başçısı kimi fəaliyyətinin müxtəlif sahələri ilə bağlı materiallarla da tanış ola biləcəklər.

 

Xalq qəzeti.- 2008.- 12 sentyabr.- S. 4.