Xalq artisti Həsən Məmmədovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib
Dünən Muzey Mərkəzində
Azərbaycanın xalq artisti,
kinoaktyor Həsən Məmmədovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına
görə, tədbir Dövlət Film Fondunun
təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev görkəmli aktyorun
həyat və yaradıcılığından danışıb:
"Həsən Məmmədovun kinoda ifa etdiyi rollar
öz intellektual yüksəkliyi, sakitliyi və təvazükarlığı ilə fərqlənir". Həsən Məmmədovun 1938-ci ildə Salyanda
anadan olduğunu, Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdiyini
deyən C.Quliyev deyib ki, aktyor bir
müddət Az.TV-də radio
diktoru olub. Onun sözlərinə görə, 60-cı illərin
əvvəllərindən
başlayaraq 40-dan artıq filmə
çəkilən H. Məmmədov "Böyük dayaq" filmində Qaraş rolu ilə kinoda debütünü edib. Bundan sonra o, "Möcüzələr adası"nda Nazim, "Zirvə"də Kamil, "Arşın mal alan"da
Əsgər, "Axırıncı aşırım"da Abbasqulu bəy, "Gün keçdi"də "Oqtay",
"Dədə Qorqud"da Dədə Qorqud, "Arxadan vurulan zərbə"də Qəmərli, "Bizi bağışlayın"da Nəriman,
"İstintaq"da
Murad və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Muzeyin foyesində H. Məmmədovun fotoşəkillərinin
sərgisi nümayiş etdirilib
Səs.- 2008.- 17 sentyabr.- S. 16.