İlham Heydər
oğlu Əliyev
1961-ci il dekabrın
24-də Bakı şəhərində
anadan olmuşdur.
1967-1977-ci illərdə Bakı şəhərində
orta məktəbdə
oxumuşdur.
1977-ci ildə Moskva
Dövlət Beynəlxalq
Əlaqələr İnstitutuna
(MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən
sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun aspiranturasına
daxil olmuşdur.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunda müəllim
işləmişdir.
1991-1994-cü illərdə
özəl biznez sahəsində çalışmışdır. Bir
sıra istehsal-kommersiya
müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin vitse-prezidenti,
sonra isə birinci vitse-prezidenti olmuşdur. “Heydər Əliyevin neft strategiyası”nın həyata
keçirilməsində fəal
iştirak etmişdir.
Suveren Azərbaycanın
neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra
tədqiqat işlərinin
müəllifidir. Siyasi
elmlər doktorudur.
İki dəfə,
1995-ci və 2000-ci illərdə
Azərbaycan Respublikasının
Milli Məclisinə seçilmişdir. 2003-cü ildə
Azərbaycan Respublikasının
Baş naziri vəzifəsinə təyin
edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə
xitam vermişdir.
1997-ci ildən Azərbaycanın
Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının
inkişafında böyük
xidmətlərinə görə
Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim
Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında
(AŞPA) Azərbaycan Respublikası
Milli Məclisinin nümayəndə heyətinin
rəhbəri olmuşdur.
2003-cü ilin yanvarında
Avropa Şurası Parlament Assambleyası sədrinin müavini,
AŞPA-nın Büro
üzvü seçilmişdir.
2004-cü ilin aprelində
AŞPA-nın fəaliyyətində
fəal iştirakına
və Avropa ideallarına sədaqətinə
görə AŞPA-nın
fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.
2003-cü il avqustun
4-də Milli Məclis
tərəfindən təsdiq
edildikdən sonra Azərbaycan Respublikasının
Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın
15-də Azərbaycan Republikasının
Prezidenti seçilmişdir.
Prezident seçkilərində
seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir.
2003-cü il oktyabrın
31-də vəzifəsinin icrasına
başlamışdır.
Azərbaycan, rus,
ingilis, fransız və türk dillərini mükəmməl
bilir.
Evlidir. Üç
övladı var.
Rabite
dünyası.- 2008.- 1 sentyabr.- S. 2-3.