Ağcabədi rayonunda Muğam Mərkəzi inşa
edilmişdir
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, sentyabrın 20-də Ağcabədi rayonunda
dahi bəstəkarımız Ü.Hacıbəyovun yeni abidəsinin və Ü.Hacıbəyov adına
Qarabağ Muğam Mərkəzinin açılışı keçiriləcəkdir. Ölməz bəstəkarın
ad günü münasibətilə keçirilən tədbirlər sırasında
gerçəkləşən mərasimdə nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi
geniş nümayəndə heyəti
- tanınmış ziyalılar, mədəniyyət
xadimləri, musiqiçilər, millət
vəkillərinin iştirakı nəzərdə tutulur. Tədbirdə
incəsənət ustalarının iştirakı ilə bədii proqram
təqdim olunacaqdır. "Qarabağ Muğam Mərkəzi" Heydər
Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi və Ağcabədi rayon icra
hakimiyyətinin təşəbbüsü, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
kollektivinin maliyyə dəstəyi ilə
inşa olunmuşdur.
Muğam Mərkəzi Ağcabədi şəhərinin mərkəzində yerləşən Ü.Hacıbəyov adına Parkın
ərazisindədir. Muğam
Mərkəzinin tikintisi ilə yanaşı parkın ərazisi də yenidən qurulmuşdur. Dahi bəstəkarın
heykəlinin ətrafında
Ü.Hacıbəyovun yaradıcılığını əks etdirən 10 hissədən
ibarət ekspozisiya və fontan quraşdırılmışdır. Qarabağ Muğam Mərkəzi qış və yay zallarına, 8 sinif
otağına malik, yüksək keyfiyyətlə və müasir dizaynla tikilmiş bir banadır.
Binada istilik və soyutma avadanlığı quraşdırılmış, hər iki zalda və
parkda istirahət edən əhali üçün
müasir səsgücləndirici avadanlıq quraşdırılacaq. Nazirliyin təşəbbüsü ilə M.F.Axundov adına Milli Kitabxanada
Rusiya Milli Kitabxanasının elektron dissertasiya fondunun virtual oxu zalının açılışı olacaq.
Səs.- 2008.- 11 sentyabr.- S. 12.