Bakı Musiqi Akademiyasının
binasının əsaslı
təmirdən sonra açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 18-də, Üzeyir
musiqi günündə
Bakı Musiqi Akademiyasının binasının
əsaslı təmir-bərpa
işlərindən sonra
açılış mərasimi
olmuşdur.
Mərasimə toplaşmış
müəllim və tələbələr, mədəniyyət
və incəsənət
xadimləri Azərbaycan
Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə
qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Dövlətimizin
başçısı və xanımı əvvəlcə
dahi bəstəkar Üzeyir Hacıbəylinin akademiyanın
binası qarşısındakı abidəsi önünə
gül dəstələri qoydular.
Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
və Dövlət Xor Kapellasının ifasında
ölməz “Koroğlu” operasından parçalar ifa olundu.
Sonra Prezident İlham
Əliyev binada aparılmış əsaslı
təmir-bərpa işləri ilə tanış oldu.
Təmir-bərpa
işlərinə “Bakı Musiqi Akademiyasının
maddi-texniki bazasının
yaxşılaşdırılması haqqında” Prezident
Sərəncamına uyğun olaraq, keçən ilin
sentyabrında başlanmışdı. Binanın
əsaslı təmirinə və akademiya üçün
yeni musiqi alətlərinin alınmasına Prezidentin Ehtiyat
Fondundan 7 milyon manat vəsait ayrılmışdı.
Bir ilə yaxın
müddətdə görülmüş işlərin
nəticəsində bina tamamilə yeni görkəm
almışdır. Ən müasir materiallardan
istifadə olunmaqla binanın fasadı, otaqları, kabinetləri əsaslı təmir olunmuş, istilik və havalandırma sistemi, mühəndis-kommunikasiya xətləri yenilənmişdir. Bu
işlərdə Almaniya
və İtaliya istehsalı olan avadanlıq və materiallardan istifadə edilmişdir. Binanın tarixi memarlıq üslubu qorunub saxlanmış, 1300 kvadratmetr
sahədə qranit və mərmərdən istifadə olunmuşdur.
Dünya
şöhrətli bəstəkar Qara Qarayevin vaxtilə
dərs dediyi sinif, 308 tamasaçı yeri olan orqan musiqisi
salonu, 600-dən çox tamasaçı yeri olan
Şövkət Məmmədova adına Opera studiyası da
yüksək səviyyədə yenidən qurulmuş,
müasir akustika və işıq sistemləri
quraşdırılmışdır.
Bundan əlavə, akademiyanın maddi-texniki bazası da
müasirləşdirilmiş, bir çox yeni alətlər
alınmışdır.
Prezident İlham
Əliyev binanın fasadına baxdı, sinif otaqlarında oldu,
görülmüş işləri yüksək
qiymətləndirdi.
Akademiyanın konsert
salonunda davam etdirilən mərasimdə dövlətimizin
başçısı çıxış etdi.
Xalq qəzeti.- 2008.- 19 sentyabr.- S. 1.