Mədəniyyət bəşəriyyətin
topladığı ən
yaxşı nümunələrlə
xalqları zənginləşdirir
Prezident İlham Əliyevin dəstəyi nəticəsində ölkədə
mədəniyyət və
turizm sektorunun inkişafı sürətlənib
Dövlət başçısı
İlham Əliyev son çıxışlarının
birində söyləyib ki, bu gün Azərbaycanda aparılan
iqtisadi islahatlar nəticəsində istənilən
sahədə iqtisadi və sosial məsələlərin
həllində gözəl nailiyyətlərimiz mövcüddür.
Bunu eləcə də mədəniyyət
və turizm sektorlarının inkişafı
məsələlərinə də şamil etmək mümkündür.
Belə ki, ölkə rəhbərliyi
tərəfindən son
illərdə mədəniyyət
və turizm sahələrinin inkişafı
məsələlərinə dair 100–dən artıq fərman və sərəncamların
imzalanması bunun əsas göstəricilərindəndir.
Hazırda Bakı Şəhər
Mədəniyyət və Turizm Şöbəsinin
tabeliyində 178 müəssisə və təşkilat
fəaliyyət göstərir. Bu müəssisə
və təşkilatlarda
5028 nəfər çalışır.
Paytaxtın mədəni
həyatında mühüm
önəm kəsb edən amillərdən biri də kitabxanalardır.
Bu mənada, sayı 75–ə çatan, 706 nəfəri
işlə təmin edən paytaxt kitabxanalarının fəaliyyətinin
yenidən qurulması
genişmiqyaslı, zəruri
və əhəmiyyətli
vəzifədir. Bu səbəbdən də Bakı kitabxanalarının
inkişafı üçün
müvafiq qurum tərəfindən qısamüddətli
və uzunmüddətli
perspektiv strategiyaların
işlənib hazırlanması
nəzərdə tutulur.
Belə ki, 2008–ci ildən
başlayaraq büdcədən
kitabxanalara ayrılan vəsait hər il artırılacaq, eləcə də kitabxanalara maliyyə yardımı göstərilməsinin
strukturunu və qaydasını dəyişmək
üçün razılaşdırılan
mexanizm axtarılır.
Vəsait yalnız illik xərclər smetaları əsasında
deyil, həm də mühüm proqramların və layihələrin həyata
keçirilməsi üçün
qrantlar şəklində
planlaşdırılacaq. Bundan
başqa, Bakıda daha 9 Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin yaradılması nəzərdə
tutulub.
Hazırda Bakıda 40
mədəniyyət evi və klub fəaliyyət
göstərir və burada ümumilikdə 307 nəfər
çalışır. Dövlət
başçısının müvafiq Sərəncamı
ilə 2007–ci ildən mədəniyyət müəssisələrində
xüsusi vəsait hesabının açılması və
pullu xidmətin bərpası, klub müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması,
maddi–texniki bazasının möhkəmləndirilməsi,
ixtisaslı və səriştəli kadrların bu
sahəyə cəlb olunmasına şərait yaradır.
Son illər mədəniyyət
sahəsində əldə olunan uğurların fonunda bəzi
problemlər də mövcuddur. Belə ki, Bakı
şəhəri Mədəniyyət və Turizm İdarəsi
tərəfindən maliyyələşən 7 muzeydən biri
– Azərbaycan Din Tarixi muzeyi 90–cı illərin
əvvəllərindən Muzey Mərkəzinin
zirzəmisində yerləşdirilib və bir muzey kimi,
demək olar ki, öz fəaliyyətini dayandırıb.
Uzun illər ərzində
tənəzzülə uğrayan kino sahəsi artıq iflic
vəziyyətdən azad olunub və 2006–cı il tarixli
sərəncamla 8 kinoteatr özəlləşdirilməyə
açılıb. Bir ay
öncə isə ölkə başçısı
İlham Əliyev
"Kinonun 2008–2018–ci illərdə inkişafı
üzrə Dövlət
Proqramı"nı təsdiq edib. Sözügedən proqramda
ölkənin ən böyük kinoteatrı olan "Nizami"–nin modernləşdirilməsi
nəzərdə tutulur.
Burada 5 zalı olan müasir kino kompleksi, festival mərkəzi yaradılacaq. Digər tərəfdən, Bakının
"Dostluq", "Şəfəq",
"Savalan" kinoteatrlarında
Gənclər, Pantomima
və Şuşa teatrlarının yerləşdirilməsi
layihəsi də var. Yenidənqurma başa çatandan sonra onlar "kinoteatr–teatr" rejimində işləyəcəklər.
Prezident İlham Əliyevin
Azərbaycanın turizm sektoruna olan etimadı da
böyükdür. Belə ki,
dövlət başçısı
çıxışlarının birində söyləyib:
"...Biz 2009–cu ildə xüsusilə turizm imkanlarının genişlənməsinə diqqət
göstərməliyik. Bu
il həmin məqsədlər üçün
çox böyük vəsaitlər ayrılıbdır.
Azərbaycanda yeni turizm zonaları, qış turizm zonaları müəyyən
edilibdir".
Bununla da ölkə
başçısı əmin olduğunu bildirib ki,
əgər hər şey plan üzrə getsə, 1–2 ildən
sonra Azərbaycanda beynəlxalq səviyyəyə cavab
verən qış turizm mərkəzi yaradılacaq.
Hazırda Bakı
şəhərində 85 mehmanxana və mehmanxana tipli obyekt
fəaliyyət göstərir. Bu obyektlərdə
yerlərin ümumi sayı 6. 664–dür. Bakıda fəaliyyət göstərən mehmanxanaların
sayı 2004–cü ildə 26, 2005–ci ildə 40, 2006–cı ildə 52, 2007–ci ildə 73 olub. Hazırda Bakı şəhəri ərazisində
14 yeni obyektin tikintisi davam etdirilir. Bakı və Abşeron yarımadası ərazisində
yerləşən nümayiş
obyektlərinin turizm ərazi inkişaf planının hazırlanması
nəzərdə tutulub.
Bundan başqa, Azərbaycan Respublikasında "2008–2016–cı
illər üçün
turizmin inkişafına
dair Dövlət Proqramı"nda Bakı şəhərində
konqres və sərgi mərkəzlərinin
yaradılması, eləcə
də Bakı şəhəri və onun ətraf kəndlərində 18 yuvalı
500 yataqlı qolf üçün sahənin
müəyyən edilməsi
və layihələndirilməsi, Abşeron
yarımadasında "Krokus
İnternational" Qapalı
Səhmdar Cəmiyyəti
tərəfindən turistlərə
xidmət göstərən
8000 yataqlı mehmanxana
və ona bərabər tutulan yerləşdirmə obyektlərinin
yaradılması da planlaşdırılıb.
Bakı şəhərində
fəaliyyət göstərən 32 uşaq musiqi və 6
uşaq incəsənət məktəbində müxtəlif
ixtisaslar üzrə 14.000–dən çox şagird təhsil
alır, 3000–dən çox müəllim
çalışır. Son illər ərzində uşaq
musiqi, incəsənət və rəssamlıq
məktəblərinin inkişafı üçün
əlverişli şərait yaradılıb.
Ölkə
başçısının "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006–2010–cu illər)"nın təsdiq edilməsi
haqqında" 2006–cı il 17 aprel tarixli Sərəncamı
istedadlı uşaq və gənclərin aşkara
çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi və
səmərəli təhsil almaları üçün
lazımi şəraitin yaradılmasına yönəldilib. Digər tərəfdən, prezidentin
16 aprel 2007–ci il tarixli 2090 nömrəli Sərəncamı
ilə təsdiq edilən "2007–2015–ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı"na uyğun olaraq ölkədə mədəniyyət
və turizm sahələri üzrə
mütəxəssislərin formalaşdırılması
məqsədilə azərbaycanlı
tələbələr xarici
ölkələrin nüfuzlu
tədris müəssisələrində
təhsil almağa göndəriliblər.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın təşəbbüsü
və dəstəyilə
keçirilən tədbirlərdə
şagirdlərin uğurlu
çıxışları xüsusilə qeyd olunmalıdır. Belə ki,
2006–cı ilin dekabr ayında Amerika Birləşmiş Ştatlarının Vaşinqton
və digər şəhərlərində, Rusiya
Federasiyasının Moskva
şəhərində keçirilən
uşaq konsertlərində,
2008–ci ilin may ayında Fransa Respublikasının Paris, Strasburq və Belçika Krallığının Brüssel
şəhərlərində yerləşən YUNESKO, Avropa Şurası
və Avropa İttifaqının qərargahlarında
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik
yubileyinə həsr olunan uşaq konsertlərində uşaq
musiqi və incəsənət məktəblərinin,
Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri
böyük müvəffəqiyyətlə
çıxış ediblər.
Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə bir sıra uşaq
musiqi məktəblərinin və Bakı Xoreoqrafiya
Məktəbinin onlarla şagirdinin adı Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
daxil olub. Onlar həm də Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə layiq
görülüblər.
Uşaq musiqi və incəsənət
məktəblərinin pedaqoji işçiləri arasında
fəxri adları olan müəllim və direktorlar az deyildir. Belə ki, 2006–2007–ci illərdə dövlət
başçısının sərəncamları ilə
4 nəfər "Azərbaycan
Respublikasının əməkdar
müəllimi", 7 nəfər
"Azərbaycan Respublikasının
əməkdar mədəniyyət
işçisi", 1 nəfər
"Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi"
fəxri adlarına və 1 nəfər də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə
layiq görülüb.
Hazırda musiqi təhsili sistemində 18 nəfər fəxri adı olan müəllim
çalışır.
Yeni Azərbaycan.- 2008.- 13 sentyabr.- S. 11.