Əsilbəyli X.

 

Bütün dünyaya sübut etdim ki

 

Səkinə İsmayılova. Muğam oxumaq üçün gərək azərbaycanlı doğulasan

 

Onun səsi dünyanın 35 ölkəsindən gəlib. Bir çoxları üçün əlçatmaz olan konsert salonlarında vurduğu zəngulələri ilə milyonlarla insanın ürəyini fəth edib. Onları muğamın sehrinə salıb. Nəinki Azərbaycanda, hətta böyük ölkələrdə musiqimizi təbliğ edən, xalq mahnılarını əcnəbilərə sevdirən xalq artisti Səkinə İsmayılova sadəliyi səmimiliyini itirməyib. Onunla görüşümüz zamanı bunun bir daha şahidi olduq. - 5 ildən yuxarıdır Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində, Milli Konservatoriyada Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm. Tələbələrim arasında ümidverəni var, ümid verməyəni . Onlar zamanın ələyindən keçirlər aralarından əsl xanəndə yetişir. Təbii ki, istedadlı tələbələrim var. Mən özüm 25 ildir sənətdəyəm, muğamın incəliklərinə tam yiyələnə bilməmişəm, hələ öyrənirəm. Muğam bir dəryadır. Hər bir xanəndə o dəryaya baş vurur özünün qabiliyyətindən, mənəviyyatının zənginliyindən oradan nəsə tapır. Kimisi az, kimisi çox. Yəni muğamı bütünlüklə mənimsəmək mümkün deyil. Ömrün boyu elə öyrənirsən. - İlk dəfə professional səhnədə hansı mahnını oxumusunuz? - "Yar bizə qonaq gələcək" xalq mahnısını. Mənim professional səhnəyə gəlişim Opera Balet Teatrından başlayıb. 1980-ci ildə həmin teatra gəlmişəm. Bu günə qədər orada çalışıram. Bunun özü bir xoşbəxtlikdir ki, Asəf Zeynallını bitirib gəlmişəm opera teatrına. Elə professional səhnədə o gündən çıxış edirəm. Teatrın səhnəsində Leyli, Şahsənəm obrazlarını yaratdığım zamanlar artıq İncəsənət Universitetində təhsil alırdım. Opera səhnəsində ilk dəfə Leyli kimi çıxış etmişəm. Daha sonra "Gəlin qayası"nda Gülbahar, "Aşıq Qərib" Şahsənəm, "Əsli Kərəm" Əsli, "Şah İsmayıl"da Ərəbzəngi başqa obrazları yaratmışam. - Bu vaxta qədər çoxmu Məcnun dəyişmisiniz? - Teatrın öz qanunları var. Mən ilk dəfə Leylini oynayanda Məcnun obrazını Arif Babayev, Canəli Əkbərov Baba Mahmudoğlu yaradırdı. Təbii ki, zaman keçdikcə ifaçılar da dəyişir. Onlar artıq püxtələşmiş, sənətdə sözlərini demiş xanəndələrdir. Sonralar mənim tərəf-müqabilim Mənsum İbrahimov oldu. - Siz ilk qadın xanəndəsiniz ki, əlinizə qaval alıb muğam oxumusunuz. İlk dəfə qadınlardan ibarət muğam üçlüyünü siz yaratmısınız. Qadın olaraq sənətdə novatorluq etmək çətin deyil ki?.. - Mənə belə gəlir ki, hər bir sənətçi sənətdə bir iz qoymalıdır. mən sənətə gələndə fikirləşirdim ki, yenilik edim, özümdən sonra hansı izi qoyum. Buna görə yaradıcılığımda araşdırmalar etmişəm. Sevinirəm ki, Azərbaycan muğamının inkişafında hansısa rolum olub. Musiqimizi dünya ölkələrində təbliğ etmişəm. Əlbəttə, mənim tapıntılarım muğamın inkişafına çox kömək edib. Mən bütün dünyaya sübut etdim ki, Azərbaycanda tar, kamança alətlərində təkcə kişilər ifa etmirlər. Bizim qadınlar çox gözəl tar, kamança çalırlar. Əslində, Səid Rüstəmov adına orkestrdə belə xanımlar var idi. Amma onları 3-lük şəklində bir araya gətirən olmamışdı. Mən həmin 3-lüklə muğamı dünyaya tanıtdım. Bununla da muğamın Azərbaycan xalqının əsrlərdən qalan sərvəti olduğunu sübut etdim. Amma təəssüf ki, hər yerdə muğamı mənimsəyə bilmirlər. Çünki muğam oxumaq üçün gərək azərbaycanlı doğulasan. Həm mən həyatda riskli adamam. O riskin arxasında bir inam durmalıdır. Əgər mən özümə inanıramsa, deməli, risk edə bilərəm. Zərrə qədər şübhəm varsa, risqə getməyə dəyməz. Əsas odur ki o inam məndə var. - Neçə ölkədə çıxış etmisiniz? Sizcə, Azərbaycan dinləyicisi ilə əcnəbilər arasında fərq varmı? - Dünyanın 35 ölkəsində muğamımızı təbliğ etmişəm. Yaxşı ifaçıya, yaxşı xanəndəyə burada da qulaq asırlar, xaricdə . Əgər ifa tamaşçıya xoş gəlmirsə, onu heç yerdə ürəklə dinləmirlər. Elə bilirsiniz xaricdə kim konsert verir onu ayaqüstə alqışlayırlar? Elə deyil. Xaricdə dinləyicilər pisi yaxşıdan ayırmağı daha yaxşı bacarırlar. Qəzəlin mənasını bilmirlər, ancaq musiqini duyurlar. Səsin çalarını, şirinliyini, diapazonunu hiss edirlər. Onlara tərcüməçi lazım olmur. Azərbaycanda muğama qiymət verənlər var. Mən Heydər Əliyev adlına Sarayda 2500 tamaşaçı qarşısında muğam konserti verən ilk qadın xanəndə olmuşam. Məndən sonra həmin məkanda konsert verən 2-ci qadın xanəndə olmayıb. Odur ki bunu fəxrlə dilə gətirirəm. İnanın ki, konsert qurtarmışdı. Tamaşaçılar zalı tərk etmək istəmirdilər. - Son zamanlar muğamı musiqinin müxtəlif janrları ilə sintez edirlər. Sizcə, muğamın sintezə ehtiyacı varmı? - Muğamı bütün janrlara sintez etmək olar. Buna təbii baxıram. Bəzən pis alınmır. Təkcə repdən başqa. Çünki rep elə bir janrdır ki, ağzına gələni oxuyursan. Muğam isə hər zaman özünə hörmət tələb edən bir janrdır. Ona belə münasibəti layiq bilmirəm. Muğam çox müqəddəsdir. Rep ona yaraşmır. Bu mənim subyektiv fikrimdir. - Ölkədə keçirilən böyük əks-səda doğuran muğam müsabiqəsi ətrafında müxtəlif söz-söhbətlər gəzirdi. Bir çoxları fikirləşirdi ki, gələcəyin xanəndəsi sms yolu ilə seçilməməlidir. Yəni ən yaxşıları münsiflər heyətində təmsil olunan əsl sənətçilər müəyyənləşdirməlidir... - Müsabiqənin maliyyə tərəfini düşünəndə sms-lər vacibdir. Fərqi yoxdur, qaliblər istər xalqın səsi, istərsə münsiflərin rəyi ilə müəyyənləşsin. Əsas odur ki yüzlərin içindən bir neçə istedadlı gənc Azərbaycan səhnəsinə bəxş edilir. - Bir neçə təhsil ocağında dərs deyirsiniz, səfərlərə yollanırsınız, konsert verirsiniz, eyni zamanda evinizin xanımısınız. Bütün bu işlərin öhdəsindən necə gəlirsiniz? - Zaman hər şeyi tənzimləyir. Konsertlərə gedirəm. O vaxt 3 təhsil ocağından da icazə alıram. İşdə məni yola verirlər. Elə ailədə vəziyyət eynidir. Qızım, həyat yoldaşım məni başa düşürlər. Əgər məni başa düşməsəydilər, 25 il səhnədə Səkinə İsmayılova kimi məhəbbət qazana bilməzdim.

 

Kaspi.- 2008.- 26 sentyabr.- S. 6.