İsmayılqızı X.

 

Tofiq Bakıxanov: Mədəniyyətin inkişafına göstərilən diqqəti hər kəs öz işi ilə doğrultmalıdır

Azərbaycanın ictimai, ədəbi, mədəni həyatında Bakıxanovlar şəcərəsini təmsil edən nümayəndələr çox olub. Onlardan biri də Azərbaycan musiqi sənətində özünəməxsus yer alan tanınmış bəstəkar, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü, xalq artisti, əməkdar incəsənət xadimi, professor Tofiq Əhməd oğlu Bakıxanovdur.

Tofiq Bakıxanov müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrdə (“Humay”, “Uğur”, “Min bir mahnı”) diplomant, laureat adını almışdır. Bəstəkarın həmkarı N.Məmmədovla birgə yazdıqlarıAltı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsirmusiqili komediyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Beynəlxalq festival üçün 30 tamaşa arasından seçilən XV “Beynəlxalq Neft- Qaz, Neftayırma Neftkimyası -2008” sərgi konfransın bukletlərinə salınan neftçilərin həyatına həsr olunanXəzər balladası”, “ Şərq poeması”, dahi Nizaminin eyni adlı poeması əsasında yazdığıXeyir Şəradlı üç baleti uzun müddət Azərbaycan bir heçə xarici ölkələrin səhnəsində oynanılıb. Böyük simfonik orkestr üçün yazdığıRahab”, “Şahnaz”, “Humayun”, “Nəva” (“Dügahçap üçün hazırdır) simfonik muğamları tamaşaçılar tərəfindən sevilir. 8 simfoniyanın, 6 simfonik poemanın, onlarla kamera-instrumental, kamera- vokal, xor əsərlərinin, tanınmış şairlərin sözlərinə yazılmış 100-dən artıq mahnı romansın müəllifidir. Musiqi sənətinin tarixinə inkişafına aid onlarla kitab, tədris vəsaiti hazırlayıb. Son illərdə ümummilli lider Heydər Əliyevə ithaf olunmuşSən həmişə mənimləsən”, “Qarabağ harayı”, Prezident İlham Əliyevə ithaf olunmuşSalamlar olsunkimi samballı simfonik əsərlər yazıb. Şərq xalq musiqisi əsasında yazdığı bir sıra əsərlər Türkiyədə, Şimali Kiprdə çap olunub səslənib. Tehranda keçirilən Beynəlxalq Musiqi Festivallarında münsiflər heyətində təmsil olunub. Bəstəkarla müsahibəmizdə oxucular üçün maraqlı məqamlara toxunuldu.

- Tofiq müəllim, Bakıxanov nəslinin tanınmış nümayəndələrindənsiniz. Gəlin söhbətimizə elə ulu babalarınızı xatırlamaqla körpü salaq.

-Bakı xanlarından qaynaqlanan bu şəcərənin ilk nümayəndələri tanınmış şair, diplomat, ilk tərcüməçi Abasqulu ağa Bakıxanovun atası Mirzə Məmmədxan, əmisi Hüseynqulu xan olub. Bu nəsildə on bir hərbçi yetişib ki, onların da yeddisi general rütbəsinə qədər yüksəlib. Cabbar Qaryağdı oğlu kimi sənətkarları müşayiət edən böyük əmim Məmmədxan gözəl ifaçılıq məharətinə görə müasirləri arasında sayılıb, seçilib. Atam Əhməd Bakıxanov isə Azərbaycanda ilk dəfə əməkdar müəllim adına layiq görülüb.

-Demək, sizi atanızın davamçısı adlandırmaq olar. Axı, siz konservatoriyanın bəstəkarlıq fakültəsini bitirməklə yanaşı, həm ikinci ixtisas kimi ifaçılıq sənətinə yiyələnmisiniz.

-Əlbəttə. Atam mahir tarzən, bacarıqlı ifaçı olub. Belə qabiliyyətini nəzərə alan Müslüm Maqomayev onu solist kimi radio-televiziya komitəsinə dəvət edib. 1937-ci ildəki repressiya zamanı əmimi atamı həbs etmək istəyiblər. Bəhanələri bu olub ki, guya onlar Şərq, İran muğamlarını Azərbaycanda təbliğ edirlər. O zaman anam qonşuluğumuzda yaşayan dahi bəstəkar Üzeyir Hacıbəyova müraciət edir. Üzeyir bəyin işə qarışması ilə atamı əmimi gözləyən təhlükənin qarşısı alınır. Böyük vətən müharibəsi illərində Üzeyir Hacıbəyovun təşəbbüsu ilə bu günə qədər yaşayan xalq çalğı alətləri ansamblını da atam yaradıb. Özündən sonra böyük ifaçılıq məktəbi qoyub getmiş atamın tələbələrindən olan Əliağa Quliyev, Həbib Bayramov, Əhsən Dadaşov, Baba Salahov, Əlikram Dadaşov başqaları istedadlı tarzən kimi Azərbaycan ifaçılıq sənətində xüsusi xidmətləri ilə yadda qalıblar. Onun İranda, Türkiyədə, Özbəkistanda davamçıları olub. Muğam sənətinin qorunub yaşaması üçün böyük zəhmət çəkən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan antologiyada Əhməd Bakıxanovun yazdığı rənglərə, ritmik muğamlara xeyli yer ayrılıb. Yeri gəlmişkən bir məqama toxunmaq istəyərdim. Bir gün Üzeyir bəy atama deyir ki, ədəbiyyatdaNəvai-nişapuradlı bir muğamın olması barədə məlumat oxumuşam. Hamı deyir ki, bu barədə ancaq Əhməd Bakıxanovun xəbəri ola bilər. Doğrudan da həmin muğamı atamın ifasında eşidən Üzeyir bəy deyir ki, bəsdi. Mən axtardığımı tapdım. Elə o vaxtdan atamı konservatoriyada muğamdan dərs deməyə dəvət edirlər.

- Təbii ki, nəsildən qaynaqlanan bu amillər Əhməd Bakıxanovun xələfi Tofiq müəllimin yaradıcılığına təsirsiz ötüşməyib. Bəstəkar ifaçı kimi hər iki peşəyə dəyər verən Tofiq Bakıxanovun musiqi sənətimizin bu günü ilə bağlı fikirlərini bilmək maraqlı olardı.

- Bəstəkarlıq çətin peşədir. Bu yolu seçən adamın musiqi duyumu ilə bərabər geniş dünyagörüşü, hərtərəfli biliyi olmalıdır. Çox təəssüf ki, bu gün musiqi bəstələyənhəvəskarlarınsayı kimi, onlar üçün yaradılan imkanlar da sənətə həqiqətən dəyər verən, bu yolda illərinixərcləyənəsil bəstəkarlardan qat-qat çoxdur. Günahı da onların reklam bazarına çevrilən televiziya kanallarındadır. O kanallar ki, musiqi redaksiyalarına rəhbərlik edənlərin özlərinin belə nəinki ciddi, yüngül musiqi bərədə anlayışları yoxdur.

Tamaşaçıların asudə vaxtlarının “pik saatlarında” özfəaliyyət dərnəklərində çıxış etməyə belə layiq olmayanların zövqsüz “ifaları” (buna ifa demək mümkündürsə) səsləndirilir. Tanınmış bəstəkarların əsərlərinə isə ya səhər saat 6-7 arası, yaxud gecə saat 3 -dən sonra, özü çox xəsisliklə vaxt ayrılır.

Hanı Fikrət Əmirovun, Arif Məlikovun, Cahangir Gahangirovun,Tofiq Quliyevin... mahnıları. Bəstəkarlar İttifaqı tərəfindən bununla əlaqədar irad bildirəndə isə deyirlər ki, biz sizin işinizə qarışmırıq, siz bizə göstəriş verməyin. Rəhmətlik Ramiz Mustafayev dövlət xorunun yaranması yaşanması üçün qədər zəhmət çəkmişdi. İndi tək- tək ifaları demirəm, o böyüklükdə xorun səsi, sədası yoxdur.

Təbii ki, bəstəkarlığa belə münasibəti görən, az-çox istedadı olanlar da özünü əziyyətə salıb bu sahə üzrə ali təhsil almaq istəmir. Eləhəvəskarkimi qalmağa üstünlük verirlər. Amma heç vaxt ruhdan düşmürük. Mən xoşbəxt adamam ki, ali təhsil aldığım məktəbdə rektorum Üzeyir Hacıbəyov, bəstəkarlıq sinfində müəllimim Qara Qarayev olub. Skripka üzrə ifaçılıq sənətini isə müəllimim Nelson İliç Simberovdan öyrənmişəm. Üzeyir bəyin əsərini Ginzburqun dirijorluq etdiyi orkestrin müşaiyəti ilə skripkada ifa etmişəm.

- Adətən belə məsələlər haqqında danışılanda ilk növbədə Bədii Şura xatırlanır.

-Bəli. Bədii Şura lazımdır vacib məsələdir. Bu Şurada tanınmış şairlər, bəstəkarlar, aktyorlar, dilçilər, tənqiqçilər olmalıdır. Fikir verirsinizmi, bugünkü ifaçıların çoxu mahnıların sözlərini istədikləri kimi dəyişir, tələffüz edirlər. “ Aranjimanadı ilə musiqini korlayır, kompyuterin yardımı ilə istedadsızlıqlarını ört-basdır edirlər. Bu, sənət deyil, insanların zövqünü korlamaqdır. Musiqi insan mənəviyyatını formalaşdıran, əxlaqi keyfiyyətlər aşılayan vasitədir. Bu baxımdan düzgün aparılan təbliğatdan çox şey asılıdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsinin doğurduğu yüksək əhval-ruhiyyə hələ də yaddan çıxmır. Əsrlərdən bəri bu günümüzədək gəlib çatan muğamın qorunub saxlanılması üçün həyata keçirilən bu müsabiqədən sonra gənclər arasında xalq sənətinə maraq xeyli artıb. Prezident İlham Əliyev mədəniyyət incəsənətin inkişafı üçün qayğısını əsirgəmir. Bizim borcumuz bu diqqəti işimizlə doğrultmaqdır. Pedaqoji fəaliyyətini bu gün davam etdirən, ifaçılıq ixtisası üzrə dərs deyən bir müəllim kimi mən istəyirəm ki, musiqi sənətimizin inkişafı üçün yaradılan belə gözəl şəraitdən hər kəs bəhrələnsin, nəticədə xalqın ruhunu oxşayan, mənəvi dünyasını zənginləşdirən əsərlər çoxluq təşkil etsin.

İki sahil
.- 2008.- 9 sentyabr.- S. 6.