Mədəniyyətdəki problemlər prodüser institutunun olmaması ilə bağlıdır
Nizami Cəfərov belə
düşünür
Milli Məclisin
Mədəniyyət məsələləri
daimi komissiyası payız sessiyasında bir sıra qanun
layihəsini müzakirəyə
təqdim edəcək.
Bu barədə məlumat
verən millət vəkili, komissiyanın sədri Nizami Cəfərovun sözlərinə
görə, bunlar
"Mədəniyyət haqqında"
və "Yaradıcı
şəxslər və
təşkilatlar haqqında"
qanun layihələridir:
"Mədəniyyət haqqında"
qanun 10 il bundan əvvəl qəbul edilib. Ötən müddət ərzində Azərbaycanın
iqtisadi, mədəni-mənəvi
inkişafı baş
verib. Bu baxımdan
bir sıra məsələ var ki, onlarla bağlı
həmin qanunda dəyişiklik edilməlidir.
Faktiki olaraq bu qanunda keyfiyyət
dəyişikliyi gözlənilir.
Artıq qanun layihəsi ilə bağlı Mədəniyyət
və Turizm Nazirliyi ilə əməkdaşlıq edilir".
Komissiya sədrinin sözlərinə görə,
qanunda ilk dəfə olaraq prodüser anlayışının əks
olunması nəzərdə
tutulur. Çünki ölkədə mədəniyyət
və incəsənətin
inkişafı üçün
bu institutun formalaşması çox
vacib şərtdir. Hazırda mədəniyyət
sahəsində bir sıra problemin mövcudluğu məhz mükəmməl prodüser
institutunun olmaması ilə bağlıdır.
Kaspi.- 2008.- 18 sentyabr.- S. 15.