Samirə

 

Almanlar tarımıza heyran olublar

 

Ramiz Quliyevin çalğısı alman mətbuatında

 

Almaniyada nəşr olunan "Stadt Spiegel" qəzeti görkəmli tarzən Ramiz Quliyevi "etnik musiqinin virtuoz ifaçısı" adlandırıb. R.Quliyevin rəhbərlik etdiyi "Odlar yurdu" musiqi kollektivi sentyabrın 18-dən 24-dək Almaniyanın Frankfurt, Köln Bonn şəhərlərində konsert proqramları ilə çıxış edib. Ansamblın solistləri qismində Gülüstan Əliyeva Fərəməz Gərmruddin (İran) çıxış ediblər. Ansamblımızın çıxışları zamanı xalq mahnıları, muğamlar, həmçinin klassik bəstəkarlarımızın mahnıları ifa olunub. Hər bir konsert 4 saata yaxın davam edib. Musiqiçilərimizi dönə-dönə səhnəyə çağıran tamaşaçılar Azərbaycan musiqisindən feyziyab olduqlarını gizlətməyiblər. "Odlar yurdu" kollektivi Almaniyada həmçinin böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyinə həsr olunmuş böyük poeziya axşamı da təşkil edib. Səfər çərçivəsində R.Quliyev F.Gərmruddin son albomlarını da təqdim ediblər. Uğurlu çıxışlar görüşlər nəticəsində qrup üzvləri Almaniyaya səfər üçün yeni təklif dəvətlər alıblar. Konkret olaraq onları Avstriya Kanadaya dəvət ediblər. Professor Ramiz Quliyev ifaçılıq sənətimizin metrlərindən biridir. Bir sıra beynəlxalq festival müsabiqələrin iştirakçısı olan tarzən İranda keçirilən "Fəcr" festivalının ən yüksək mükafatının sahibidir.

 

Həfta içi.- 2008.- 27 sentyabr.- S. 8.