Uşaqların bədii yaradıcılıq festivalı
başa çatmışdır
Uşaq evləri və internat məktəbləri yetirmələrinin
V Beynəlxalq bədii
yaradıcılıq festivalı
başa çatmışdır.
Yaşıl Teatrda keçirilmiş festivalın
təntənəli bağlanış
mərasimi “Dan ulduzu” himninin ifası ilə başlanmışdır.
Mərasimdə
çıxış edən gənclər və idman naziri
Azad Rəhimov tədbirin əhəmiyyətini vurğulayaraq
bildirmişdir ki, dünyanın müxtəlif ölkələrindən
olan uşaqlar dostlaşmaq, vaxtlarını şən
keçirmək və evə yaxşı əhval-ruhiyyə
ilə qayıtmaq imkanı əldə etmişlər.
Qala konsertlə başa
çatan festival “Dan” Beynəlmiləlçi Gənclər
İttifaqının təşəbbüsü və
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun,
gənclər və idman, mədəniyyət və turizm,
təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin, Bakı
şəhəri və Xətai rayonu icra
hakimiyyətlərinin dəstəyi ilə
keçirilmişdir. Festivalın Qəyyumluq Şurasının
sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevadır.
Qeyd edək ki, bu il
festivalda Azərbaycan, Özbəkistan, Polşa,
Gürcüstan, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail
və digər ölkələrdən 300-dən çox
uşaq iştirak etmişdir.
Xalq qəzeti.- 2008.- 14 sentyabr.- S. 2.