Mükərrəmoğlu M.

 

Mədəniyyətə dövlət qayğısı artmaqdadır

 

Sentyabrın 5- Dövlət Musiqili Komediya Teatrında Mədəniyyət Turizm Nazirliyinin kollegiya iclası keçirilmişdir

 

İclas başlanmazdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlama verdi. O, bildirdi ki, bu gün Bakı şəhərinin mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilir. Eyni zamanda bu kollegiyada digər vacib məsələlər müzakirə olunacaq. Dövlət başçımızın iştirakı ilə 2008-ci ilin I yarısının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi tövsiyə tapşırıqların icra olunması, eyni zamanda, Prezidentimizin sərəncamı ilə mədəniyyət turizm işçilərinin əməkhaqlarının artırılması məsələlərinə kollegiya iclasında yer veriləcək.

Sonra kollegiya iclası başlandı. İclası giriş məruzəsi ilə açan nazir Əbülfəs Qarayev son illər mədəniyyət sahəsinə dövlət qayğısının artmasını xüsusi olaraq qeyd etdi.O, bildirdi ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində bir sıra məsələlərə yenidən baxmaq zərurəti yaranmışdır.

2008-ci il avqustun 2-də keçirilmiş Nazirlər Kabinetinin ilin I yarısının yekunlarına həsr olunmuş geniş iclasında dövlət rəhbərinin nitqindən irəli gələn vəzifələrlə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin qarşısında duran vəzifələr barədə idarənin rəisi Əlikram Əliyev çıxış etdi. Sırf tənqidi mövqedən çıxış edən rəis bu sahədə ciddi yeniliklərin yaradılmasının vacibliyini bildirdi. Ə.Əliyev Bakı onun ətraf qəsəbələrində turizmin inkişafının geniş imkanlara malik olduğunu bildirdi qeyd etdi ki, bu sahədə yeni layihələrin hazırlanması olduqca vacibdir. Həmçinin Bakı şəhərində fəaliyyət göstərən 178 mədəniyyət müəssisəsi musiqi incəsənət məktəblərinin fəaliyyətinin yeniləşməsinin vacibliyini rəis xüsusi olaraq vurğuladı, Bakı şəhər mədəniyyət turixm müəssisələrinin inkişafı üçün yeni layihələrin hazırlandığını diqqətə çatdırdı.

Sonra M.Qorki adına Mərkəzi Şəhər Səyyar Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova, H.Sarabski adına mədəniyyət evinin direktoru, əməkdar müəllim Natiq Abbasov, Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Natiq Əliyev, R.Aboyev adına Mədəniyyət və İstirahət Parkının direktoru İsgəndər Namazov çıxış edərək mədəniyyət sahəsinə göstərilən qayğı və diqqətdən danışdılar.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzinin fəaliyyəti haqqında nazirliyin elm təhsil şöbəsinin müdiri Yaşar Əliyev məlumat verdi. Qeyd olundu ki, müəssisəyə yeni rəhbər təyin olunması mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Axırda çıxış edən nazir qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.

Xalq qəzeti.- 2008.- 7 sentyabr.- S. 4.