Ankarada "Leyli və Məcnun" operasının 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılmışdır
Azərbaycan
Milli Musiqisi Günündə keçirilən bu
mərasimdə TÜRKSOY təşkilatının
nümayəndələri, Türkiyə Mədəniyyət
Nazirliyinin təmsilçiləri, türkdilli
ölkələrin diplomatik korpusu iştirak etmişlər.
Türkiyə
mədəniyyət nazirinin müavini Kamal Fahir Gənc,
TÜRKSOY baş direktorunun müavini Fırat Purtas,
ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Rəşad
Vahabzadə və digər çıxış edənlər
bu möhtəşəm operanın müəllifi Üzeyir
Hacıbəylinin yaradıcılığından,
Azərbaycan opera sənətinin uğurlarından
danışmışlar.
Sərginin açılışı mərasiminin sonunda
"Leyli və Məcnun" operasından parçalar
səslənmişdir.
Xatırladaq
ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli
və Məcnun" operasının 100 illiyinə həsr
olunmuş XI TÜRKSOY Opera günlərinə sentyabrın
14-də Şimali Kiprin Girnə şəhərində yekun
vurulmuşdur.
Azərbaycan.- 2008.-
20 sentyabr.- S. 14.