Milli musiqimizin banisi Üzeyir Hacıbəylinin xatirəsi yad edilmişdir

 

Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sentyabrın 18- Milli Musiqi günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı abidəsini ziyarət etmiş, unudulmaz sənətkarın xatirəsinə hörmət ehtiramlarını bildirmişlər.

Burada təşkil olunmuş mərasimdə nazir Əbülfəs Qarayev xatırlatmışdır ki, ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən milli musiqimizin banisinin doğum günü Üzeyir Musiqi günü kimi qeyd olunur. Dahi bəstəkar milli musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermişdir. Üzeyir Hacıbəylinin Azərbaycanda peşəkar bəstəkarlıq məktəbinin, milli operanın, musiqili komediya janrının əsasını qoymuşdur. Artıq bir əsrə yaxındır ki, peşəkar Azərbaycan musiqisi dünya səhnəsini bəzəyir.

Milli Musiqi günündə bir sıra korifey sənətkarların məzarları da ziyarət olunmuşdur.

 

Azərbaycan .-2008.-18 sentyabr.- S. 6.