Mürvətqızı S.

 

TÜRKSOY Opera Günləri: dəyərli ənənə bərpa edilir

 

Türk dünyasında güclü əsasa malik olan opera sənəti TÜRKSOY Opera günləri adı ilə on dəfə sənətsevərlərlə görüşüb hər dəfə böyük maraqla qarşılanıb. Türkdilli Ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə beş illik fasilədən sonra bu ənənə 11-14 sentyabr 2008-ci il tarixində Mərsin Girnədə yenidən operasevərlərin görüşünə gələcək. TÜRKSOY-a üzv ölkələrdən 23 sənətkarın iştirak edəcəyi bu tədbir Türkiyə Mədəniyyət Turizm Nazirliyi, Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil Mədəniyyət Nazirliyinin birgə dəstəyi təşkilatçılığı ilə keçiriləcək.

XI TÜRKSOY Opera günləri Türk və Şərq opera sənətinin ilk nümunəsi "Leyli və Məcnun"un 100 illiyinə həsr olunacaq. Opera Günlərində Azərbaycandan Gülnaz İsmayılova, Samir Cəfərov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov iştirak edəcəklər.

Sentyabrın 11-də Mərsində, sentyabr14-də Girnədə keçiriləcək konsertlərdə TÜRKSOY-a üzv ölkələrin sənətkarları digər xalqların milli operalarından da nümunələr ifa edəcəklər. Azərbaycan Türkmənistandan gələn sənətkarlar isə "Leyli Məcnun" operasından ariyalar oxuyacaqlar. Bundan əlavə, konsertlər zamanı "Leyli Məcnun" operasının 100 illiyinə həsr olunmuş fotoqrafiya afişalardan ibarət sərgi təşkil ediləcək.
   

525-ci qəzet.- 2008.- 5 sentyabr.- S. 7.