Yü­zil­lik­lə­ri fəth edə­cək sə­nət

 

18 sent­yabr Azər­bay­can Mil­li Mu­si­qi Gü­nü­dür

 

XX əsr Azər­bay­can xal­qı­na da­hi və ko­ri­fey sə­nət­kar­lar nəs­li­ni ye­tiş­di­rə­rək, za­ma­nın axa­rın­da on­la­rın is­mi­ni ne­çə-ne­çə yü­zil­lik­lə­rə həkk et­di. Bu isim­lə­rin da­şı­yı­cı­la­rı yü­zil­lik­lə­ri yo­la sa­la­raq, öz im­za­la­rı­nın san­ba­lı­nı və də­yə­ri­ni qo­ru­yub-sax­la­ma­ğa qa­dir olan şəx­siy­yət­lər­dir. Müa­sir döv­rü­müz­də Azər­bay­can mə­də­niy­yət və in­cə­sə­nə­ti­nin in­ki­şaf mər­hə­lə­sin­dən, elə­cə də, gə­lə­cə­yə doğ­ru tə­rəq­qi döv­rün­dən söz aç­dıq­ca, ilk ola­raq, məhz pro­fes­sio­nal sə­nət nü­mu­nə­lə­ri­nin tə­mə­li­ni qoy­muş­dur.
   18 sent­yabr ta­ri­xi Azər­bay­can mə­də­niy­yət ta­ri­xin­də, xü­su­si­lə, qeyd olu­nan bir gün­dür. Be­lə ki, ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev hə­min ta­ri­xin Azər­bay­can Mil­li Mu­si­qi Gü­nü ki­mi qeyd olun­ma­sı ilə bağ­lı sə­rən­cam im­za­la­mış­dır. Hər il öl­kə­miz­də bu gün mu­si­qi­çi­lər, elə­cə də, Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nə bağ­lı olan in­san­lar tə­rə­fin­dən bö­yük tən­tə­nə ilə qeyd olu­nur. Ümum­mil­li li­der bu ta­ri­xi bay­ra­mın res­pub­li­ka sə­viy­yə­sin­də ke­çi­ril­mə­si­ni, Üze­yir Ha­cı­bə­yo­vun ad gü­nü ilə əla­qə­lən­dir­mə­si Azər­bay­can pro­fes­sio­nal mu­si­qi sə­nə­ti­nə olan diq­qə­tin tə­za­hü­rü­dür. Bu gün dün­ya­da şöh­rət ta­pan bö­yük sə­nət­ka­rın do­ğum gü­nü­dür. Ta­le­yin və za­ma­nın qis­mə­ti, hök­mü ilə hə­min ta­ri­xi gün­də Azər­bay­can iki bö­yük şəx­siy­yə­ti­nin ad gü­nü­nü qeyd edir. On­la­rın hər iki­si­nin is­mi mil­li mu­si­qi mə­də­niy­yə­ti­miz­də öz ye­ri­ni al­mış sə­nət­kar­lar­dır - Üze­yir Ha­cı­bə­yov və Müs­lüm Ma­qo­ma­yev. Ey­ni gün­də, ey­ni il­də və ey­ni mə­kan­da dün­ya­ya göz açan sə­nət­kar­la­rın seç­dik­lə­ri pe­şə yo­lu da, de­mək olar ki, bir mə­kan­dan gə­lib keç­miş­di - mu­si­qi dün­ya­sın­dan. Azər­bay­can mil­li də­yər­lə­ri­ni, özü­nə­məx­sus mil­li ele­ment­lə­ri­ni əsər­lə­rin­də cəm­ləş­di­rən və xal­qın əh­va­li-ru­hi­yə­si­ni, bü­töv­lük­də də­yər­lə­ri­ni məhz not­lar va­si­tə­si­lə dün­ya xalq­la­rı­na çat­dı­ran Üze­yir Ha­cı­bə­yov, za­man­la mü­qa­yi­sə­də olun­ma­yan öm­rün da­şı­yı­cı­sı ki­mi, 123 il­lik bir mə­sa­fə ilə mu­si­qi­se­vər­lə­ri bir­ləş­di­rə bil­miş­dir. Bu, onun sə­nə­tə olan sev­gi­sin­dən və ilk ola­raq, qey­ri-adi fit­ri is­te­da­dın­dan irə­li gə­lən amil­lər­dən­dir. Qa­ra­bağ mək­tə­bi­nin ye­tiş­dir­di­yi mu­si­qi­çi­lər sı­ra­sın­da no­va­tor­luq xü­su­siy­yət­lə­ri ilə se­çi­lən Üze­yir Ha­cı­bə­yov, bu di­ya­rın xa­nən­də­lə­ri sı­ra­sın­da özü­nə­məx­sus dəs­ti-xət­ti­ni mü­əy­yən­ləş­di­rə­rək, Azər­bay­can mu­si­qi sə­nə­ti ta­ri­xi­nə di­ri­jor, bəs­tə­kar, pe­da­qoq, nə­zə­riy­yə­çi, pub­li­sist ki­mi im­za at­mış­dır. Əgər bu gün biz mu­si­qi sə­nə­ti­mi­zin özü­nə­məx­sus ele­ment­lə­ri­nin dün­ya öl­kə­lə­ri­nə təq­dim olun­ma­sın­dan və bir­mə­na­lı ola­raq, bö­yük uğur­lar qa­zan­ma­sın­dan qü­rur du­yu­ruq­sa, unut­ma­ma­lı­yıq ki, onun ar­xa­sın­da nü­fuz­lu sə­nət­kar­la­rın əmə­yi, ro­lu da­ya­nır. Qərb öl­kə­lə­rin­də tə­şək­kül ta­pan və in­ki­şaf yo­lu ke­çən ope­ra sə­nə­ti­nin Azər­bay­ca­na məx­sus olan tə­məl da­şı­nı qo­yan Üze­yir Ha­cı­bə­yov Şərq alə­min­də, elə­cə də, Azər­bay­can­da bö­yük bir əks-sə­da ya­rat­dı. Be­lə ki, mil­li ope­ra­nın ba­ni­si ki­mi 1908-ci ilin yan­var ayı­nın 12-də "Ley­li və Məc­nun" ope­ra­sı­nı ya­za­raq, bu jan­rın ilk ya­ra­dı­cı­sı­na çev­ril­di. Da­hi Mə­həm­məd Fü­zu­li­nin şei­riy­yət dün­ya­sın­da ya­ra­nan bu əsə­rə qey­ri-adi bir mu­si­qi bəs­tə­lə­yib, klas­si­ka ilə mu­ğam sə­nə­ti­ni bir­ləş­di­rə­rək, bə­şər ta­ri­xi­nə mü­kəm­məl bir əsə­ri­ni təq­dim et­di. Tə­sa­dü­fi de­yil ki, 100 il­lik ta­ri­xə ma­lik olan "Ley­li və Məc­nun" ope­ra­sı əs­rin bü­tün onil­lik­lə­rin­də bö­yük uğur­la oy­na­nıl­mış və dün­ya­nın ən nü­fuz­lu te­atr səh­nə­lə­rin­də mü­vəf­fə­qiy­yət qa­zan­mış­dır. Bu ya­xın­lar­da YU­NES­KO-nun iqa­mət­ga­hın­da Azər­bay­ca­nın xalq ar­tist­lə­ri Mən­sum İb­ra­hi­mov və Nə­za­kət Tey­mu­ro­va­nın ifa­sın­da, 100 il­lik yu­bi­ley ilə əla­qə­dar ola­raq təq­dim olu­nan bu əsər müx­tə­lif xalq­la­rı təm­sil edən mu­si­qi­se­vər­lər tə­rə­fin­dən ma­raq­la qar­şı­lan­mış­dır. Bu ya­xın­lar­da isə Ope­ra və Ba­let Te­at­rı­nın baş re­jis­so­ru Ha­fiz Qu­li­ye­vin re­jis­sor­lu­ğu əsa­sın­da səh­nə­ləş­di­ri­lən ta­ma­şa Tür­ki­yə Ope­ra səh­nə­sin­də oy­na­nı­la­caq­dır. Bu, o de­mək­dir ki, tər­cü­mə­yə eh­ti­ya­cı ol­ma­yan Üze­yir Ha­cı­bə­yov mu­si­qi­si bü­tün za­man­lar­la ayaq­laş­ma­ğa qa­dir olan nü­mu­nə­dir. Bu əsər çox bö­yük sə­nət­kar­la­rın ifa­sın­da uzun il­lər ope­ra səh­nə­sin­də oy­na­nıl­mış və hər bir xa­nən­də Ley­li və Məc­nun par­ti­ya­la­rı­na öz nə­fəs­lə­ri­ni, in­cə­lik­lə­ri­ni əla­və et­miş­lər. Be­lə ki, Hə­qi­qət Rza­ye­va, Gül­xar Hə­sə­nov, Ru­ba­bə Mu­ra­do­va, Nə­za­kət Məm­mə­do­va, Zey­nəb Xan­la­ro­va, Sə­ki­nə İs­ma­yı­lo­va, Gü­lüs­tan Əli­ye­va, Si­ma­rə Əli­ye­va ki­mi ifa­çı­lar Ley­li ro­lu­nun özü­nə­məx­sus şə­kil­də təq­dim et­miş, də­fə­lər­lə bu səh­nə­də məhz se­və­rək ya­rat­dıq­la­rı ob­raz­la­ra gö­rə ta­ma­şa­çı mə­həb­bə­ti­ni qa­zan­mış­lar. Ope­ra­da Məc­nun ro­lu­nu Hü­seyn­qu­lu Sa­rabs­ki, Arif Ba­ba­yev, Ba­ba Mah­mu­doğ­lu, Ca­nə­li Ək­bə­rov, Alim Qa­sı­mov, Za­bit Nə­bi­za­də, Sə­bu­hi İba­yev və di­gər xa­nən­də­lər bö­yük mə­ha­rət­lə, ob­ra­za məx­sus olan xır­da­lıq­la­rı həm akt­yor­luq mə­ha­rət­lə­ri, həm də ge­niş səs dia­pa­zon­la­rı ilə ya­rat­mış­lar. De­mək olar ki, hər bi­ri­nin ifa­sın­da bu ob­raz bö­yük bir in­san port­re­ti­ni xır­da­lıq­la­rı­na qə­dər ta­ma­şa­çı­ya çat­dı­rıl­ma­sı­na im­kan ver­miş­dir. Res­pub­li­ka­nın xalq ar­tis­ti Meh­di Məm­mə­do­vun, elə­cə də, müa­sir döv­rü­müz­də Ha­fiz Qu­li­ye­vin re­jis­sor­lu­ğu ilə səh­nə­ləş­di­ri­lən "Ley­li və Məc­nun" ope­ra­sı hə­lə ne­çə-ne­çə Ley­li və Məc­nun­la­rı ye­tiş­di­rə­cək, on­la­rın mə­la­hət­li və pro­fes­sio­nal çı­xış­la­rı­nı or­ta­ya qo­ya­caq­dır. Bu gün Üze­yir Ha­cı­bə­yo­vun do­ğum gü­nün­də onun Azər­bay­can sə­nə­ti­nə təq­dim et­di­yi di­gər əsər­lə­rin də ad­la­rı­nı vur­ğu­la­maq va­cib­dir. Be­lə ki, "O ol­ma­sın, bu ol­sun", "Ar­şın mal alan", "Ər və ar­vad" ope­ret­ta­la­rı ilə tək­cə Ope­ra Te­at­rı­nın səh­nə­sin­də de­yil, Mu­si­qi­li Ko­me­di­ya Te­at­rın­da da özü­nə ge­niş ta­ma­şa­çı küt­lə­si­ni top­la­ya bil­miş­dir. Hət­ta onun qeyd olu­nan əsər­lə­ri əsa­sın­da "Azər­te­le­film" Ya­ra­dı­cı­lıq Bir­li­yi tə­rə­fin­dən film­lər çə­kil­miş­dir. Hət­ta bu film­lə­rə olan bö­yük ma­ra­ğın nə­ti­cə­si ola­raq "Ar­şın mal alan" fil­mi bir ne­çə va­ri­ant­da len­tə alın­mış­dır. Bü­tün bun­lar­la ya­na­şı, Üze­yir Ha­cı­bə­yov qəh­rə­man­lıq, ta­ri­xi və mə­həb­bət möv­zu­sun­da olan bir çox əsər­lə­rə də mu­si­qi bəs­tə­lə­miş, ope­ra jan­rı­nı zən­gin­ləş­dir­miş­dir. Bu mə­na­da onun "Ko­roğ­lu", "Şeyx Sə­nan", "Rüs­təm və Zöh­rab", "Əs­li və Kə­rəm" ope­ra­la­rı­nı vur­ğu­la­maq la­zım­dır. Üze­yir Ha­cı­bə­yov uni­ver­sal sə­nət­kar­dır. Aka­de­mik sə­viy­yə­də əsər­lər ya­ra­dan Üze­yir Ha­cı­bə­yov mu­si­qi­nin müx­tə­lif janr­la­rı­na mü­ra­ci­ət et­miş, hər bi­ri pro­fes­sio­nal­lıq ba­xı­mın­dan diq­qət mər­kə­zin­də­dir. Azər­bay­can mu­si­qi sə­nə­ti ta­ri­xi­nə diq­qət et­sək, gö­rə­rik ki, bir çox janr­la­rın tə­məl da­şı­nı qo­yan Üze­yir Ha­cı­bə­yov ol­muş­dur. O, "Sən­siz" və "Sev­gi­li ca­nan" ro­mans­la­rı ilə mu­si­qi ta­ri­xin­də bu jan­rın da tə­mə­li­ni qoy­muş­dur. Hər iki ro­man­sın mətn­lə­ri Ni­za­mi Gən­cə­vi­yə məx­sus­dur. Üze­yir Ha­cı­bə­yov mu­si­qi bəs­tə­lə­di­yi əsər­lə­rin, de­mək olar ki, hər bi­ri­ni mü­kəm­məl sə­nə­tə ma­lik olan ya­ra­dı­cı şəxs­lə­rin qa­le­re­ya­sın­dan gö­tü­rə­rək, bir-bi­ri­nin ar­dın­ca də­rin məz­mun kəsb edən, fəl­sə­fi ma­hiy­yət­li ori­ji­nal üs­lub­da sə­nət löv­hə­lə­ri­ni no­ta kö­çür­müş­dür. Üze­yir Ha­cı­bə­yo­vun ope­ra əsər­lə­ri, sim­fo­nik nü­mu­nə­lə­ri, ro­mans­la­rı, mah­nı jan­rın­da yaz­dı­ğı əsər­lə­ri bu gün öz ak­tu­al­lı­ğı ba­xı­mın­dan sə­nə­tin ək yük­sək zir­və­sin­də da­ya­nan əsər­lər­dir. Onun mu­si­qi əsər­lə­ri ilə ya­na­şı, pub­li­sist, elə­cə də, pe­da­qo­ji fəa­liy­yə­ti də yük­sək sə­viy­yə­də ol­muş və öz san­bal­lı mə­qa­lə­lə­ri, elə­cə də, əsər­lə­ri ilə maa­rif­lən­di­ri­ci möv­qe­də ol­muş­dur. Onun Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın ya­ra­dıl­ma­sın­da olan ro­lu­nu da qeyd et­mək va­cib­dir. Bu sə­nət mək­tə­bi­ni ya­ra­dan və dün­ya­nın ta­nın­mış si­ma­la­rı­nı, mu­si­qi xa­dim­lə­ri­ni bu oca­ğa də­vət edə­rək pe­da­qoq ki­mi ça­lış­ma­la­rı­na na­il olan Üze­yir Ha­cı­bə­yov gə­lə­cək üçün mu­si­qi­çi­lər nəs­li ye­tiş­dir­mə­yə na­il ol­muş­dur. Elə­cə də, onun mu­si­qi təh­si­li alan tə­lə­bə­lər üçün yaz­dı­ğı "Azər­bay­can mu­si­qi­si­nin nə­zə­ri əsas­la­rı" rus və Azər­bay­can dil­lə­rin­də dərc olu­nan ki­ta­bı da ne­çə-ne­çə pro­fes­sio­nal sə­nət­kar­la­rın ye­tiş­mə­si­nə yol aç­mış­dır. Nə­zə­riy­yə və təc­rü­bə əsa­sın­da qə­lə­mə alı­nan bu ki­tab bu gün də mu­si­qi təh­si­li­nə yi­yə­lə­nən gənc­lər üçün çox də­yər­li dərs və­sai­ti­dir. Pub­li­sist ki­mi fəa­liy­yə­ti­nə gə­lin­cə isə, qeyd edim ki, o dövr­də çap olu­nan "İr­şad", "Hə­yat" ki­mi döv­rü mə­bu­at­lar­da, mü­tə­ma­di ola­raq, mə­qa­lə­lə­ri­ni dərc et­di­rir­di. Döv­rün zi­ya­lı­sı və ya­ra­dı­cı­sı olan Üze­yir Ha­cı­bə­yov sə­nət mək­tə­bi­ni xa­rak­te­ri­zə edən ki­fa­yət qə­dər ki­tab­lar dərc olun­muş və bu gün də onun əsər­lə­ri­nin təd­qi­qi ilə məş­ğul olan mu­si­qi­çi­lər tə­rə­fin­dən ye­ni-ye­ni nü­mu­nə­lər ya­ra­dıl­maq­da­dır. Üze­yir Ha­cı­bə­yov Azər­bay­can mu­si­qi­si­nin nə­hən­gi­dir. Qeyd et­di­yi­miz ki­mi, bu gün iki bö­yük sə­nət­ka­rın - sə­nət və hə­yat fəa­liy­yə­ti bir məq­səd və ide­ya ilə yoğ­rul­muş mu­si­qi­çi­lə­rin ad gü­nü­dür. Üze­yir Ha­cı­bə­yov dü­ha­sı­nın bu və ya di­gər cə­hət­lə­ri­ni qeyd et­mək­lə ya­na­şı, Müs­lüm Ma­qo­ma­ye­vin də zən­gin və ta­ri­xi əhə­miy­yət kəsb edən tər­cü­me­yi-ha­lı­na nə­zər sal­maq mə­nə­vi tə­lə­bat­dan ya­ra­nan amil­dir. Müs­lüm Ma­qo­ma­yev 52 il ömür ya­şa­mış, bü­tün hə­ya­tı­nı, is­te­da­dı­nı Azər­bay­can xal­qı­nın in­cə­sə­nə­ti­nə həsr et­miş­dir. Se­mi­na­ri­ya­da təh­sil alan və maa­rif­pər­vər zi­ya­lı­lar­la bir ocaq­da el­mi bi­lik­lə­rə yi­yə­lə­nən Müs­lüm Ma­qo­ma­yev qı­sa za­man­da ye­ni ori­ji­nal şə­kil­də olan fikr­lə­ri ilə mil­li mu­si­qi­mi­zin zən­gin­ləş­mə­si is­ti­qa­mə­tin­də cı­ğır­lar açır. Gənc mu­si­qi­çi xor dram dər­nə­yi, or­kestr təş­kil edil­miş, elə­cə də bir çox mah­nı­la­rı no­ta kö­çür­müş­dür. Şu­şa ki­mi Şər­qin Kon­ser­va­to­ri­ya­sı ad­la­nan bir di­yar­dan Ba­kı­ya kö­çən Müs­lüm Ma­qo­ma­yev ope­ra te­at­rın­da fəa­liy­yə­tə baş­la­yır. Bu­ra­da, ilk ola­raq, skrip­ka­çı ki­mi fəa­liy­yət gös­tə­rən sə­nət­kar Azər­bay­can mil­li te­at­rı­nın tə­şək­kü­lü və in­ki­şa­fı uğ­run­da mü­tə­rəq­qi ide­ya­lar­la çı­xış edən mə­də­niy­yət xa­dim­lə­ri Üze­yir Ha­cı­bə­yov, Hü­seyn­qu­lu Sa­rabs­ki ki­mi sə­nət­kar­lar­la tə­mas­da ola­raq, on­la­rın ide­ya­la­rı­nın tə­rəf­da­şı­na çev­ri­lir. Hə­min ta­rix­dən öm­rü­nün so­nu­na qə­dər ope­ra te­at­rın­da di­ri­jor­luq edir. 1912-1914-cü il­lər­də təh­si­li­ni ar­tır­maq məq­sə­di­lə Mosk­va və Sankt-Pe­ter­burq şə­hər­lə­ri­nə ge­dən Üze­yir Ha­cı­bə­yov bü­tün iş­lə­ri­nin məhz Müs­lüm Ma­qo­ma­ye­və hə­va­lə edir. Müs­lüm Ma­qo­ma­yev bu te­atr­da ça­lış­dı­ğı za­man ilk ope­ra­sı­nı -"Şah İs­ma­yıl"ı qə­lə­mə alır. Ope­ra mu­si­qi­si­nin bö­yük bir his­sə­si­ni mu­ğam­lar təş­kil edir­di. Son­ra­lar isə bəs­tə­kar bu əsə­rin­də mu­ğam imp­ro­vi­zi­si­ya­la­rı­nı azalt­mış, əsə­rə rəqs­lər da­xil et­miş, çox­səs­li xor mən­bə­lə­ri ilə zən­gin­ləş­dir­miş­dir. Bu mü­vəf­fə­qiy­yət, uğur onun ya­ra­dı­cı­lı­ğı­na xü­su­si tə­kan ver­miş­dir. Çox keç­mir ki, Müs­lüm Ma­qo­ma­yev "Nər­giz" ope­ra­sı ilə ya­ra­dı­cı­lı­ğın­da ye­ni­li­yə na­il olur. Bu iki bö­yük əsər­lə ya­na­şı, Müs­lüm Ma­qo­ma­yev 17 sim­fo­nik və 13 vo­kal əsə­ri­nin mü­əl­li­fi­nə çev­ri­lir. İki dram ta­ma­şa­sı­na, iki ki­no­fil­mə mu­si­qi bəs­tə­lə­yir. Sə­nət­kar aka­de­mik sə­viy­yə­də yaz­dı­ğı əsər­lə­rin jan­rın­dan ası­lı ol­ma­ya­raq, sırf mil­li mu­si­qi­yə əsas­lan­mış, mu­si­qi nöm­rə­lə­ri­ni bu ruh­da kök­lə­miş­dir. 1924-cü il­də Müs­lüm Ma­qo­ma­yev ope­ra te­at­rı­na baş di­ri­jor, bə­dii rəh­bər tə­yin olu­nur. Ey­ni za­man­da, te­at­rın nəz­din­də xor qru­pu ya­ra­dır. Uzun il­lər Üze­yir Ha­cı­bə­yov­la dost­luq edən və ya­ra­dı­cı­lıq ax­ta­rış­la­rı­nı bir­gə da­vam et­di­rən sə­nət­ka­rın məx­su­si fəa­liy­yə­ti­ni Üze­yir Ha­cı­bə­yov bu cür qə­lə­mə al­mış­dır: "Bəs­tə­kar Müs­lüm Ma­qo­ma­yev Azər­bay­can mu­si­qi sə­nə­ti­nin in­ki­şa­fı yo­lun­da du­ran bü­tün ma­neə­lə­ri aman­sız­ca məhv edən cə­sa­rət­li no­va­tor, hə­qi­qi rea­list, ma­hiy­yə­ti və məq­sə­di eti­ba­ri­lə sırf xalq sə­nət­ka­rı idi". Bu gün ad gün­lə­ri­ni qeyd et­di­yi­miz hər iki sə­nət­kar ya­ra­dı­cı­lıq qa­la­re­ya­la­rı ilə mu­si­qi dün­ya­mı­zın ən yük­sək zir­və­sin­də da­ya­nan si­ma­lar­dır. On­la­rın sə­nət yo­lu son­ra­kı nə­sil­lə­rin, elə­cə də, öz nə­sil­lə­rin­dən olan sə­nət­kar­la­rın fəa­liy­yə­tin­də da­vam et­di­ri­lir. Müs­lüm Ma­qo­ma­yev nəs­li­ni təm­sil edən ope­ra mü­ğən­ni­si, vo­ka­list Müs­lüm Ma­qo­ma­yev məhz bu so­ya­dın la­yiq­li da­vam­çı­sı, Üze­yir Ha­cı­bə­yov nəs­li­nin isə Sol­tan Ha­cı­bə­yov, Zül­fü­qar Ha­cı­bə­yov, Çin­giz Ha­cı­bə­yov ki­mi da­vam­çı­la­rı var­dır

 

Səs.- 2008.- 18 sentyabr.- S. 13.