Arif Məlikov gənc bəstəkarların taleyindən narahatdır

 

Bəstəkar not əlyazmalarının tiraylanması üçün çap mərkəzinə ehtiyac olduğunu deyir

 

Ötən həftə 75 yaşı tamam olan Xalq artisti, "İstiqlal" ordenli bəstəkar Arif Məlikov doğum gününü geniş çevrədə qeyd etməyib. Dostlar tərəfindən yad edilsə , o, təmtəraqlı təkliflərdən imtina edərək yubileyini ailə üzvləri ilə birlikdə qeyd edib. Bəstəkarın bildirdiyinə görə, həmin gün dövlət televiziyasında çəkilmiş sənədli film nümayiş olunub.

Son illər musiqi aləmində cərəyan edən hadisələrdən gileyli olan bəstəkar söhbətində bu mövzuya toxundu. Bəstəkarın bildirdiyinə görə, Azərbaycanda notlu kitabların çapını həyata keçirən mərkəzlər olmadığı üçün bu gün bəstəkarlar böyük problemlər yaşayırlar. Onun fikrincə, müəllimlərə həmin not yazılarını əldə etmək bir o qədər çətin olmasa da, tələbələr bunun əziyyətini çəkirlər. Bu səbəbdən yeni əsərlər nota köçürülsə , kitab həllini tapa bilmir. Bunun aktual məsələlərdən biri olduğunu diqqətə çatdıran bəstəkar dövlətin yardımına ehtiyac duyulduğunu diqqətə çatdırdı: "Gənc tələbələr arasında maraqlı dünya miqyasına çıxarılacaq əsərlər yazılır. Lakin onları böyük orkestlərə, məktəblərə təqdim etmək üçün tiraylanmalıdır. Çap mərkəzinin olmaması işimizi çətinləşdirir".

Yaradıcılıq planlarından söz salan 75 yaşlı bəstəkarın "Yusif Züleyxa" adlı əsərin musiqi versiyasını yazmaq kimi böyük arzusu var. Vaxtilə "Fərhad Şirin"in musiqi həllini qarşısına məqsəd qoyan bəstəkar buna nail olub. İndi isə o, sözügedən musiqili əsər üzərində çalışır. Lakin onu narahat edən bir məqam var: "Mən bu işə plan xatirinə baxmıram. Ona görə narahatam ki, ömür onu başa çatdırmağım üçün imkan verməz. Hərdən bunu düşünürəm məyus oluram. Amma vaxtdan asılı insan olmadığım üçün əsəri başa çatdıracağıma əminəm. Əsərin mövzusu bu günümüzlə səsləşir böyük səs-küy yaradacağına əminəm".

 

Kaspi.- 2008.-18 sentyabr.- S. 16.