Özbəkistanın milli bayramı şərəfinə

 

Özbəkistanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə sentyabrın 15-də “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir.

Qəbulda çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev qədim tarixi köklərə əsaslanan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək demişdir ki, hazırda ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir.
Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasına tərəfdar olduğunu diqqətə çatdıran İsmatilla Erqaşev demişdir ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin h
əlli məsələsində rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyir.

Baş nazirin birinci müavini Yaqub Eyyubov əlamətdar gün münasibətilə bütün özbək xalqını Azərbaycan xalqı adından təbrik etmiş bildirmişdir ki, müstəqillik illərində ölkələrimizin ikitərəfli əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. Bir sıra mühüm sənədlər imzalanmış, bunlarda iqtisadi mədəni sahələrdə əməkdaşlığın inkişaf perspektivləri öz əksini tapmışdır.

Y.Eyyubov bildirmişdir ki, Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini həmişə dəstəkləmişdir.

Qəbulda Azərbaycanın dövlət hökumət rəsmiləri, xarici ölkələrin səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Xalq qəzeti.- 2008.- 16 sentyabr.- S. 6.