Behbudqızı S.

 

Firəngiz Əhmədova – 80

 

Muğam dərsindən aldığım  iki ni  əla  düzəltmişdim

 

Belə tədbirlərin iştirakçısı olanda, şübhəsiz, hər bir həssas insan özünü xoşbəxt hiss edir. Xoşbəxt hiss edir ki, canlı korifeylərlə eyni dövrdə yaşamaq nəsib olub ona, hələ üstəlik, onlarla eyni mərasimdə iştirak etmək . Sentyabrın 23- opera səhnəmizin canlı əfsanəsi, SSRİ xalq artisti Firəngiz xanım Əhmədova 8-ci onilliyinə qədəm qoydu. Lirik-dramatik soprano səs tembrinə malik olan F.Əhmədova 1950-70-ci illərdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində istər Azərbaycan, istər rus, istərsə Avropa bəstəkarlarının opera əsərlərində ən mürəkkəb partiyaları ifa edərək tamaşaların uğurunu təmin edən yaradıcı qüvvələrdən olub. Onun repertuarını Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, "Nərgiz" operasında Nərgiz, Fikrət Əmirovun "Sevil" operasında Sevil, Cahangir Cahangirovun "Azad" operasında Səriyyə, Süleyman Ələsgərovun "Bahadır Sona" operasında Sona, Cüzeppe Verdinin "Aida" operasında Aida, Cakomo Puççininin "Toska" operasında Toska, "Madam Batterflyay" operasında Çio-Çio-San digər maraqlı partiyalar bəzəyib. Firəngiz xanımı opera sənətinin ən parlaq simalarından birinə çevirən isə Nigar Sevil partiyaları olub. Amma özünün etirafına görə, ən sevimli səhnə obrazları Nigar Aidadır. Opera tamaşalarında F.Əhmədovanın tərəf-müqabilləri Rəşid Behbudov, Müslüm Maqomayev, Bülbül, Rauf Atakişiyev kimi vokal sənətimizin görkəmli nümayəndələri olublar. F.Əhmədova həm kamera-vokal janrında bəstələnmiş əsərlərin əvəzsiz ifaçısı kimi musiqi tariximizə daxil olub. Ü.Hacıbəylinin "Sənsiz", A.Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Ə.Abbasovun "Heyran olmuşam", A.Rzayevanın "Oxu, gözəl" başqa romanslar Firəngiz Əhmədovanın ifasında fərqli lətafət qazanırdılar. Firəngiz xanım doğma teatrın səhnəsində intensiv şəkildə çıxış etməklə yanaşı, keçmiş SSRİ Şərqi Avropanın sosialist respublikaları olan Çexoslovakiyanın Praqa Bratislava, Polşanın Varşava, Bolqarıstanın Sofiya, Rumıniyanın Buxarest şəhərlərində qastrol səfərlərində olaraq adıçəkilən ölkələrin opera səhnələrində uğurla çıxış edib. Sənətkarın yaradıcılıq uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib. O, SSRİ xalq artisti fəxri adına Sovet İttifaqının ən yüksək mükafatı olan Lenin ordeninə layiq görülüb. 20 yaşında ikən Ali Sovetin deputatı seçilib. 1998-ci ildə 70 illik yubileyi münasibətilə mərhum prezident Heydər Əliyev F.Əhmədovanı "Şöhrət" ordeni ilə təltif etmişdi. Dünən Opera Balet Teatrında F.Əhmədovanın yeni nəslə mənsub həmkarları onu təbrik etməyə toplaşmışdılar. İlk olaraq Mədəniyyət Turizm Nazirliyinin musiqi sektorunun rəhbəri Fərəh Əliyeva mədəniyyət turizm naziri Əbülfəz Qarayevin təbrik məktubunun, daha sonra isə teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlunun təbrik teleqramının məzmununu yubilyarın yubiley mərasimi iştirakçılarının nəzərinə çatdırdılar. F.Əhmədova isə öz növbəsində keçmiş indikis mədəniyyət nazirlərinə öz dərin minnətdarlığını bildirdi: "Mədəniyyət Turizm Nazirliyi, şəxsən Əbülfəz Qarayev teatrın rəhbərliyi mənə çox böyük bir hədiyyə ediblər. Bu hədiyyə isə məni bu evə dəvət etmələridir. Mən bu teatrı başqa cür adlandıra bilmirəm. Buranı həqiqətən öz evim hesab edirəm". Firəngiz xanım yubiley tədbirində iştirak edən davamçılarına ürək sözlərini çatdırmağı da unutmadı. Yaşının ahıllığına baxmayaraq nurlu yaraşığını, gözəl fakturasını qoruyub-saxlamağı bacaran korifey tədbirdə iştirak edən Aygün Bayramova, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Qərinə Kərimova digərlərinin yaradıcılıq yolunu izlədiyini dedi, onların hər birinin qısa səciyyəsini qeyd etdi tövsiyələrini bildirdi: "Sizin hər biriniz səhnəyə yaraşırsınız, hamınızı çox istəyirəm. Çünki səsinizi bəyənirəm, ifa üslubunuzu da, zahiri görkəminizi . Çox şadam ki, operamız cavanlaşıb. Amma nədənsə, oğlanlar qızlardan azdır. Mən bu zirvəyə yalnız gərgin zəhmət sayəsində çatmışam. Siz yorulmadan çalışmalısınız. Bir yaddan çıxartmayın ki, hansı ölkənin bəstəkarının əsərini ifa edirsinizsə-edin, Azərbaycan mirizmlərindən mütləq istifadə etməlisiniz. Sizə bir fakt danışım. Konservatoriyada təhsil aldığım illərdə muğam dərsləri keçirdik. İlk semestrdə bu fəndən "2" almışdım. Göndərişlə yenidən imtahana gələndə mərhum pedaqoq Soltan Hacıbəyli Nigarın ariyasını çalıb məndən soruşdu ki, bu musiqi hansı muğam üstündə bəstələnib? Cavab verdim ki, "Segah" muğamı üstündə. imtahandan "5" aldım. Bundan sonra mən anladım ki, Azərbaycan opera müğənnisi milli, kökdən gələn lirizmləri unutmamalıdır. Mənim bilavasitə tələbələrim yoxdu, çünki pedaqoji fəaliyyətlə məşğul olmamışam. Amma yanıma məsləhətə, nəsə öyrənməyə gələn heç bir gənci naümid yola salmamışam. Opera müğənnisinin ən vacib amillər olan səs, ifa tərzindən savayı, intellekti, geniş dünyagörüşü, bir ürəyi, həssas qəlbi olmalıdır. Bunların biri olmayanda opera müğğənisinin karyerasını tam mənada uğur gözləyə bilməz. Sizin yaradıcılıq yolunuzu daim izləyirəm. Həmişə ürəyim açılır. O gün olsun sizin 80 illiyiniz qeyd edilsin".

 

Həftə içi.- 2008.- 25 sentyabr.- S. 8.