Qadir T.
20 illik
yaradıcılığa ən gözəl töhfə
Faiq
Ağayev: Ölkə başçısına
dəfələrlə minnətdaram ki, biz sənət
adamlarının əməyinə belə yüksək
dəyər verir, işimizi qiymətləndirir
Azərbaycan musiqi
mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə Xalq artisti adına layiq
görülən əməkdar artist, sevilən
müğənni Faiq Ağayevin sevincinin həddi–hüdudu
yoxdur.
Özünü
olduqca bəxtiyar hiss edən müğənni içindən
keçən duyğuları dilə gətirəcək
ifadələr tapmaqda çətinlik çəkir. "Çox xoşbəxtəm
ki, 28 yaşımda Əməkdar artist adına layiq görülmüşəm. 36 yaşında
da dövlət başçısının fərmanı ilə mənə Xalq artisti adı verildi. Mən zəngin bir mədəniyyətə malik
olan millətin Xalq artisti olmağıma
görə şərəf
hissi duyuram və özümü göyün yeddinci qatında hiss edirəm. Mən dövlət başçımıza
öz adımdan eləcə də, həmkarlarım adından
təşəkkür edirəm.
Öz növbəsində
mənimlə bərabər
mükafatlandırılan həmkarlarımı
da təbrik edirəm. Təbii ki, mənim üçün məsuliyyət
birə beş artdı. Amma bu heç də
o demək deyil ki, mən
əvvəllər işimə
məsuliyyətsiz yanaşmışam.
Artıq bundan sonra çalışacağam
ki, bu yüksək
ada daima layiq olum. Bu
xəbəri ilk olaraq eşidəndə daha çox ona görə xoşbəxt oldum ki, uğurumla hər kəsdən çox anamı sevindirə bildim. Bir oğul olaraq
anamı sevindirə bildimsə, mənim üçün bundan dəyərli heç nə ola bilməz".
Son
illər dövlət tərəfindən mədəniyyət
sahəsinə və eləcə də, bu sahənin
təmsilçilərinə ayrılan diqqət və
qayğıdan söhbət açan müğənni
aşağıdakıları söyləyib: "Onu deyə
bilərəm ki, xalqımızın Ümummilli lideri
Heydər Əliyevin Azərbaycanın mədəniyyəti
və incəsənətinə, həmçinin, bu
sahədə çalışan şəxslərə
yönəltdiyi diqqət və qayğısı ulu öndərin
siyasi kursunun layiqli davamçısı olan Prezident İlham
Əliyev tərəfindən bu gün də davam
etdirilməkdədir. Azərbaycan mədəniyyət
işçiləri hər
zaman dövlət tərəfindən, şəxsən
prezident İlham Əliyev tərəfindən
bu qayğını hiss edib. Mən
ölkə başçısına
dəfələrlə minnətdaram
ki, biz sənət
adamlarının əməyinə
belə yüksək dəyər verir, işimizi qiymətləndirir".
Yaradıcılıq
sahəsində planlarının böyük olduğunu
deyən Xalq artistinin bu il səhnə fəaliyyətinin 20 ili
tamam olur: "İnşallah ənənəyə uyğun
olaraq dekabr ayının 10–da Heydər Əliyev Sarayında
möhtəşəm bir konsert nəzərdə tutulub. Bu konsertin ötənlərdən əsas
fərqi ondan ibarət olacaq ki, artıq Faiq Ağayev pərəstişkarlarının qarşısında Xalq artisti olaraq çıxış edəcək.
Ona görə konsertə daha da böyük əzmlə hazırlaşırıq.
Konsertin repertuarında
14 yeni mahnı olacaq. Hazırda aranjemançılar nəzərdə
tutulan mahnılar üzərində çalışırlar.
Digər tərəfdən
çalışacağam ki,
bu ilin sonuna
kimi tamaşaçılara
ən azı iki yeni klip
təqdim edim. Beləcə, qarşıda
məni çox böyük işlər gözləyir".
Xalq artisti hesab edir ki,
hər bir peşə nümayəndəsinin
uğuru onun işinin qiymətləndirilməsidir:
"Onun bir növ varlığı da əməyinə dəyər verilməsindədir.
Əgər söhbət
müğənnilərdən gedirsə, məsləhət
görərdim ki, repertuarlarında daha da peşəkar məhsullara üstünlük
versinlər. Yaradıcılıqlarında
peşəkar məhsullara
nə qədər çox yer ayırsalar, bir o qədər də zirvələrə ucalacaqlar. Onların da belə fəxri adlara sahib olmalarını, həm də xalqın sevgisinə layiq olmalarını arzu edirəm. İnsanlara boş sözlərinə görə
deyil, əməlləri
müqabilində qiymət
verilir. Əsil sənət adamı söz–söhbətlə yox, əməli işilə özünü
təsdiq edə bilər. Ortada iş olmadığı təqdirdə danışdıqlarının
nə qiyməti, nə də faydası olmur. Son olaraq, fürsətdən
istifadə edib qarşıdan gələn
mübarək Ramazan bayramı münasibətilə
xalqımızı təbrik
edir və hər birimizə əməllərimizlə ucalmağı
diləyirəm".
Yeni Azərbaycan.- 2008.- 20 sentyabr.- S. 12.