Azərbaycan Respublikası Prezidentinin fərdi tə­qa­üd­lərinin verilməsi haqqında

 

Azərbaycan Respublikası Pre­zi­dentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında mədəniyyət incəsənət sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Abdullayeva Aida Həmdulla qızı

Atakişiyev Tahir İsrafil oğlu

Daşdəmirova Tubu Cəbrayıl qızı

Əliyev Tofiq Əli Heydəroviç

Məmmədov Mahmud Qasım oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 sentyabr 2008-ci il

 

Xalq qəzeti.- 2008.- 18 sentyabr.- S. 1.