Azərbaycan
aşıqlarının V qurultayının Qətnaməsi
Məruzə və
çıxışların, müzakirələrin,
eləcə də müxtəlif məsələlərlə
bağlı səsləndirilmiş təkliflərin yekunu
olaraq Qurultay qərara alır.
1. Milli mədəniyyətin,
tarixi-mənəvi dəyərlərin qorunması və
inkişaf etdirilməsi istiqamətində müstəqil Azərbaycan
dövlətinin yeritdiyi mədəni siyasəti
bəyənilsin. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
milli mədəniyyət strategiyasının uğurla həyata
keçirilməsində onun ləyaqətli siyasi varisi
prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti
yüksək dəyərləndirilsin. Milli-mənəvi
dəyərlərə qayğı və diqqətin
yüksəldirilməsi sahəsində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri xanım Mehriban Əliyevanın
gördüyü işlərin xalqın və sənət
adamlarının ürəyindən olduğu qeyd edilsin.
2. Milli mədəniyyəti təmsil edən digər sahələr kimi aşıq sənətinin qorunması və inkişafi ilə bağlı dövlət qayğısı gücləndirilsin. Uzun onilliklər boyu həm sosial-mədəni status, həm də məişət həyatı səviyyəsində ağır tənəzzülə uğramış aşıq sənəti ölkəmizin mənəvi-mədəni həyatında layiqli səviyyə və mərtəbəyə çatdırılsın.
3. Azərbaycan xalqının mənəvi qüdrətini təmsil edən unikal bir mədəniyyət hadisəsi kimi aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi İrs siyahısına daxil edilməsi təklifi yüksək dəyərləndirilsin və həmin təqdimata dəstək verilsin. Aşıq sənətinin beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində sistemlı, ardıçıl iş aparılsın.
4. Aşıq sənətinin
tədrisi işinin keyfiyyətcə yeniləşdirilməsinə xüsusi
diqqət yetirilsin. İbtidai və orta ixtisas musiqı
məktəblərində, eləcə də Milli Konservatoriyada
aşıq sənəti üzrə ixtisaslar, Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
aşıq sənəti kafedrası açılsın.
Tədris proqramları,
dərslikləri hazırlansın. Ustad aşıqların, istedadlı saz
ifäçılarının tədris prosesinə cəlb
olunması ilə bağlı tədbirlər
görülsün. Mədəniyyət və
İncəsənət Universitetinin bu sahədəki
fəaliyyəti təqdir olunsun və geniş yayılsın.
5. Aşıqların sosial statusu
və maddi vəziyyətinin yaxşılaşdırılması
ilə bağlı dövlət qayğısı
gücləndirilsin. Onların iş yerləri ilə təmin
olunması, adlı təqaüdlərə, fəxri adlara
təqdim edilməsi daim diqqət mərkəzində saxlanılsın.
"Azərbaycan Respublikasının Xalq
Aşığı" fəxri adının təsis
olunması təklif edilsin.
6. Aşıqların
vahid yaradıcılıq mərkəzi statusunda
"Ozan-aşıq Mərkəzi" yaradılsın.
7. Aşıq sənətinin genişmiqyaslı
və dolğun tarixi-mədəni mənzərəsini əks
etdirən "Ozan-aşıq ensiklopediyası" yaradılsın.
Aşıq ədəbiyyatının nəşri və
tədqiqi müasir elmi tələblər
səviyyəsinə qaldırılsın.
8. Aşıq
sənətinin təbliği işi gücləndirilsin.
Kütləvi informasiya vasitələrində ustad
aşıqların, saz-söz sənətinin, milli epos
mədəniyyətinin işıqlandırılmasına
diqqət artırılsın: Bir sıra televiziya kanallarında
aşıq sənətinin aşağılanması ilə
bağlı komik kadrlara yol verildiyi təəssüf
doğuran hal kimi qeyd edilsin. Aşıq
yaradıcılığı ilə bağlı kino və
telefilmlərin, radio-televiziya verilişlərin
hazırlanması işi keyfiyyətcə yeniləşdirilsin.
Klassik və müasir ifaçıların, saz
havalarının audio və videolentlərə
yazılması, CD və DVD-lərin beynəlxalq standartlara
uyğun səviyyədə hazırlanması və lisenziya
ilə buraxılması, onların ölkə daxilində
və beynəlxalq miqyasda təbliği sistemli
şəkildə həyata keçirilsin.
9. Aşıqların
mədəni-sosial həyatdakı fəaliyyətini və
cəmiyyət icərisindəki nüfuzunu
gücləndirmək üçün onların
konsertlərinin keçirilməsi, dövlət
tədbirlərində, bayramlarda çıxış
etmələrinə imkan artırılsın. Hər iki
ildən bir Bakıda Beynəlxalq Aşıqlar Festivalı
təşkil olunsun. Bakıda və ayrı-ayrı
aşıq bölgələrində gənc istedadları
üzə çıxarmaq üçün hər il aşıq
müsabiqələri keçirilsin.
10. Aşıqların
yaradıcılıq təşkilatının uzun zaman
bəri ağır vəziyyətdə olduğu qeyd edilsin. Bu
təşkilatm keyfıyyətcə, məzmunca
yeniləşdirilməsi, fəaliyyətinin
canlandırılması və möhkəmləndirilməsi
üçün əlaqədar təşkilatlarla birlikdə
iş aparılsın.
Redaksiva hevəti:
Məhərrəm
Qasımlı (sədr), professor - Qəzənfər
Paşayev, professor Ədalət Nəsibov, ustad aşıq
Aşıq Abbas Musaxanoğlu, Aşıq Gülarə
Azaflı.
Mədəniyyət.- 2008.- 18 sentyabr.- S. 9.