Samirə
24 ildən sonra V qurultay
Dünən
Aşıqlar Birliyinin V qurultayı keçirildi. Qurultayda
çıxış edən Mədəniyyət və Turizm naziri
Əbülfəs Qarayev qeyd etdi ki, qurultay
ərəfəsində prezident İlham Əliyev aşıq
sənətinin inkişafının hansı
səviyyədə olması ilə maraqlanıb.
Ə.Qarayev:
"Hazırda aşıq musiqisinə ayrılan diqqətin
artması məhz ölkə rəhbərliyinin bu
sahəyə münasibəti sayəsində mümkün
olub. Əgər biz indi aşıq
yaradıcılığının inkişafı ilə
məşğul olmasaq, Azərbaycan yeni nəslə mənsub
aşıqlardan məhrum ola bilər".
Aşıqların V qurultayı
24 il ərzində baş tııtan ilk toplantıdır. Bu illər ərzində aşıqlar yalnız qeyri-rəsmi toplantılarla kifayətləniblər. V qurultayda Bakı,
Tovuz, Gədəbəy, Kəlbəcər, Ağstafa, Daşkəsən,
Gəncə, Ağsu,
Kürdəmir, eləcə də digər bölgə
və şəhərlərdən
olan
200-dək aşıq iştirak edib. Çoxdan bəri yüksək səviyyədə
toplaşmadıqlarına görə
çıxış edən aşıqlar arasında problemlərdən danışanlar
da az olmadı.
Məsələn, Göyçaydan
olan Aşıq Fətulla təqaüdə
çıxması ilə bağlı
problemlərlə üzləşdiyini, müvafiq
təşkilatların ona Aşıqlar Birliyinə müraciət etməyi məsləhət gördüyünü,
lakin burda da qocaman aşığa sonadək kömək edə
bilmədiklərini dilə
gətirdi. Aşıq Fətulla: "Əgər bizim fəaliyyətimiz dövlət səviyyəsində tarnzimlənsəydi, belə
problemlərlə rastlaşmazdıq. Ölkədə
aşıq yaradıcılığı
üzrə
ixtisaslaşan məktəblərin olmaması
da inkişafımızı
ləngidir".
Aşıq sənəti şifahi
xalq yaradıcılığının peşəkar sahələrindon biridir. "Aşıq" sözünün etimologiyasi
"eşq",
"aşiq"
kəlmələrinə dayaqlanır. Tarixi çox qədim dövrlərə
gedib-çıxan aşıq yaradıcılığı ilə məşğul olanlar müxtəlif zamanlarda "ozan",
"varsaq",
"dədə" adlandırılıblar. Dastan danışan, oxuyan və saz
çalan yaradıcı şəxsə aid edilən "aşıq" termini XIV əsrdə meydana gəlib.
Həftə içi.-
2008.- 8 sentyabr.- S. 8.