Zeynalova S.
Yaradıcı gənclərimizin
uğuru
Avqustun 1-də
Azərbaycandan 6 nəfərlik nümayəndə heyəti
YUNESKO-nun Dünya Xalq Yaradıcılıq
Təşkilatının (DXYT) Yaradıcı Gənclərin
birinci Dünya Konqresində iştirak etmək
üçün ABŞ-a yola düşdü.
Səfər proqramı
konqresin baş tutacağı yer — Yuta ştatı, Solt Leyk
Siti şəhəri ilə tanışlıqdan
başladı.
5 avqust 2008-ci il
nəinki bizim, bütünlüklə Azərbaycan
üçün əlamətdar bir gün idi. Azərbaycan
Kulinariya Assosiasiyasının prezidenti cənab Tahir
Əmiraslanovun DXYT-nin rəhbərliyi ilə apardığı
uzunmüddətli danışıqlar nəticəsində,
nəhayət ki, 44 ölkə içərisində yeganə
olaraq Azərbaycan Mədəniyyəti gününü
keçirməyə nail olduq. Məkan Solt Leyk Siti
şəhərinin kolleci idi.
6 nəfərlik hümayəndə heyəti, başda Tahir Əmiraslanov olmaqla, Aynurə Əmiraslanova, Ramil Abdaşov, Aygün Əliyeva, Minarə Quliyeva və bu sətirlərin müəllifi çox böyük məsuliyyət tələb edən bu işin öhdəsindən məharətlə gəlməyə çalışdıq. Xatırlatmaq yerinə düşərdi ki, bu nümayəndə heyəti üç sahə üzrə özünü layiqincə təmsil etdi: Azərbaycan milli mətbəxi, milli rəqs və rəssamlıq. Bizim birinci işimiz Azərbaycan mədəniyyəti ilə maraqlanan xarici millətlərin nümayəndələrinə əsrlərdən gəlmiş, hələ də dadını, ləzzətini itirməyən Azərbaycan milli mətbəxini nümayiş etdirmək oldu. Plovların şahı sayılan Şah plov hazırladıq. Onu da qeyd etmək yerinə düşərdi ki, 100 nəfərlik Şah plovunu qonaqlara, döşəmə plovu isə "Ağzımız dada gəlsin" misalını çəkərək özümüzə və evlərində qaldığımız ev sahiblərinə hazırladıq. Lakin Azərbaycan mətbəxinə olan güclü marağa görə hər iki aşı süfrəyə verməyə məcbur olduq. Digər yeməklərimiz — balıq sırdağı və toyuq ləvəngisini Aynurə Əmiraslanova böyük kütlə üçün yalnız özü hazırladı. Daha sonra dovğa, alma deserti və şərbətlər hazırlanıb süfrəyə verildi. Onu da qeyd edək ki, qrupun dörd üzvü tanınmış aşbaz Şahüseyn Kərimovun yanında bir müddət kurs keçmişdi.
Tədbirin kollecdə keçirilməsinə baxmayaraq, böyük bir zalda təşkil olunmuşdu. Burada dekorasiya qurarkən belə milliləşdirməyə çalışdıq. Azərbaycan və Amerika bayraqları ilə yanaşı, zala Azərbaycan Respublikası Prezidentinin portreti yerləşdirildi. Quba xalçası yerə döşəndi. Səhnənin sağ tərəfində Səkinə Zeynalovanın 10 əsəri — 7 miniatür, 1 yağlı boya və 2 əl işi olan qurama, sol tərəfdə isə Aygün Əliyevanın 3 qrafik və 1 qobelen əsəri nümayiş etdirildi.
Azərbaycan Mədəniyyəti
gününə təşrif
buyuranlar arasında təkcə yerli camaat deyil, o
cümlədən konqresin
üzvləri Filippindən,
Avstriyadan, Tayvandan, Özbəkistandan və
b. ölkələrdən gələn qonaqlarımız da vardı.
Azərbaycan Mədəniyyəti günündə ilk olaraq söz DXYT-nin prezidenti xanım Karmen Padillaya (Fiüppin) verildi. Daha sonra XYT-nin baş katibi əslən Avstriyadan olan Hans Holza çıxış etdi. Hər iki iştirakçı bugün barədə məruzə etdilər. Azərbaycan nümayəndə heyətinin başçısı cənab Tahir Əmiraslanov öz növbəsirıdə tədbir iştirakçılarına Azərbaycandan salamlarını yetirdi. Mətbəx mədəniyyətimiz, bu günümüz barədə qonaqlara məlumat verdi. Əsas çıxışlardan sonra hər kəs süfrə arxasına dəvət olundu. Yemək ərəfəsində qonaqlar milli musiqilərimizi dinləməklə yanaşı, 2 milli rəqsimizin də şahidi oldular. Bunlardan birincisi "Qara qız" rəqsi idi. İkinci rəqs isə "Yuxayayanlar" rəqsi idi, rəqsdə miili mətbəx elementlərindən istifadə olunur. Bu rəqs kulinariyaya aid ilk dünya rəqsi hesab olunur ki, bu rəqsin ideyasını da bir çox maraqli ideyaların müəllifi olan Tahir Əmiraslanov vermişdir. Bədii rəhbər isə Rasimə Əhmədovadır. Bu rəqsi milli geyimdə üç nəfər — Səkinə Zeynalova, Aygün Əliyeva və Minarə Quliyeva ifa etdilər.
Milli musiqilərimiz tamaşaçılar tərəfindən o qədər maraqla qarşılandı ki, hətta dili bir, dini bir olan özbək qardaşlarımız da bizə qoşularaq rəqs etdilər. Yəqin ki, yad bir ölkədə bunun necə sevindirici hal olduğunu siz də təsəvvür edirsiniz.
Tədbir müddətində qonaqlara Azərbaycan mədəniyyətini özündə əks etdirən kitablar, suvenirlər, broşürlər, əl işləri, armudu stəkan və s. hədiyyə edildi. Əsas tədbirdən sonra qonaqlar xoş təəssüratlarını bizlərlə bölüşdülər.
Yüksək səviyyədə
təşkil olunmuş
bu möhtəşəm tədbirin səhəri
günü, yəni avqustun
6-sı YUNESKO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatı
(DXYT) tərəfindən keçirilən
Yaradıcı Gənclərin
birinci Dünya Konqresi saat 10:00-da öz işinə başladı. İclası DXYT-nin sədri xanım Karmen Padilla açıq elan etdi. Sonra XYT-nin baş katibi
Hans Holz (Avstriya), DXYT-nin ABŞ üzrə prezidenti Jeorj Frandsenə, xanım İveta Pirqova çıxış etdilər.
Fasilədən sonra Polşa,
Rəsmi hissədən sonra şəhərin digər məkanında Rəqs Festivalı və parad oldu. Biz də öz növbəmizdə milli geyimdə və bayrağımızla bu paraddan keçdik.
Konqresin üçüncü gününü azərbaycanlı heyət üçün ən uğurlu gün hesab etmək olar.
İclası
yunanıstanlı Kristos Tentzerakis açıq elan etdi. ABŞ,
Rusiya,
Yunanıstan, Filippin,
Seneqal,
Latviya təmsilçilərinin çıxışından sonra ixtiyar Azərbaycan nümayəndə heyətinə
verildi.
İlk olaraq təmsilçimiz Minarə
Quliyeva Azərbaycanın milli geyimlərini nümayiş
etdirdi və kostyumlarla bağlı
çıxış etdi. Xatırladaq ki, geyimləri nümayiş
etdirənlər arasında öz qızlarımızla yanaşı,
tədbir iştirakçıları da milli geyimlərimizə xüsusi görkəm verirdilər. Və bu da qonaqlarda xoş
təəssürat yaratdı.
Növbəti çıxışı
Aygün Əliyeva etdi. O da öz
növbəsində Azərbaycanda
qrafika sənətinin inkişafından bəhs etdi
və nümunələr göstərdi.
A.Əliyevanın
çıxışından sonra Səkinə Zeynalovanın
miniatür və yağlı boya əsərləri, o
cümlədən əl işi olan quramaları tədbir
iştirakçıları tərəfindən böyük
rəğbətlə qarşılandı.
Mühazirələri daha
bir üzvümüz Ramil Abdaşov davam etdirdi.
"Azərbaycanın monumental arxitekturası" mövzusunda
məruzə ilə çıxış edən təmsilçimiz
qısametrajlı film təqdim etdi. Bütün bunlar
tədbir iştirakçılarında böyük marağa
səbəb oldu və məruzə iştirakçılarına
suallar verildi.
Azərbaycan
nümayəndə heyəti bununla kifayətlənmədi.
Digər bir zalda Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti
Tahir Əmiraslanov "Qida, ayinlər və rəqs"
mövzusunda çıxış etdi. Mətbəx
yeniliklərindən, adət-ənənələrimizdən,
təbii qida sərvətlərimizdən və
mətbəxə aid yeganə "Yuxayayanlar"
rəqsindən bəhs etdi.
Tədbirin sonunda bir sira
layihələr irəli sürüldü. Azərbaycan
nümayəndə heyətinin üzvü və heyətin
tərcüməçisi Aynurə Əmiraslanova
ölkəmizi layiqincə təmsil etdiyinə görə
həm konqresdəki layihələrə koordinator, həm
də yaradıcı gənclər komitəsinə üzv
seçildi. ABŞ-ın mötəbər qəzetləri
Azərbaycan nümayəndə heyəti haqqında
şəkillərlə bərabər yazı verdi.
Konqresin yekununda
Azərbaycan nümayəndə heyətinin hər biri
yüksək səviyyədə çıxışına
görə DXYT-nin sertifikatı ilə təltif olundu.
Minarə Quliyevanın
milli görkəmli gəlincik əsəri DXYT-nin prezidenti xanım
Karmen Padillaya, Səkinə Zeynalovanın bir miniatür
əsəri DXYT-nin ofisinə qoymaq üçün baş
katib Hans Holza təqdim edildi. S.Zeynalovanın əl işi olan
qurama və Aygün Əliyevanın qrafik əsəri DXYT-nin
ABŞ üzrə prezidenti Jeorj Frandsenə, o
cümlədən Səkinə Zeynalovanın digər bir
miniatür əsəri isə Yuta ştatının
senatının eks-prezidenti cənab Hevin Borlova hədiyyə
verildi.
Azərbaycan
nümayəndə heyəti Yuta ştatından
ayrılarkən, dünyanın bir çox ölkələrinin
ölkəmiz haqqında böyük təəssürata,
bilgiyə malik olduqlarının şahidi olduq. Bu nailiyyəti
yalnız heyət olaraq bizim yox, o cümlədən ölkəmiz
üçün böyük uğur hesab etmək olar. Ölkəmizi
layiqincə təmsil etməyimiz üçün
yaratdığı şəraitə görə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə, Gənclər və İdman Nazirliyinə,
Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti cənab
Tahir Əmiraslanova öz minnətdarlığımızı
bildiririk.
Respublika.- 2008.- 11 sentyabr.- S. 6.