Azərbaycan-Rusiya mədəni əlaqələri genişlənir

 

Sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin müasir incəsənət və xarici əlaqələr departamentinin rəhbəri Aleksey Şalaşovla görüş olmuşdur.

Nazir Əbülfəs Qarayev və A.Şalaşov qarşılıqlı mədəni əməkdaşlığın möhkəmləndirilməsinin, gənclər arasında dostluğun genişləndirilməsinin vacibliyini vurğulamışlar.

Ədəbi əlaqələrin, eləcə də nəşriyyatların müştərək işinin qurulması, teatrların qarşılıqlı qastrol səfərləri və s. kimi mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə razılıq əldə edilmişdir.

 

Azərbaycan.- 2008.- 18 sentyabr.- S. 2.