Salmanov R.

 

136-cı teatr mövsümünün açılışı təntənə ilə qeyd olundu

 

Hər il sentyabr ayının 15-i Azərbaycanda teatr mövsümünün açılış günü kimi teatr ictimaiyyəti tərəfindən təntənə ilə qeyd olunur. Bu il tədbirin S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı qarşısındakı meydanda keçirilməsinin başlıca səbəbi bu sənət məbədinin il yarımlıq fasilədən sonra əsaslı təmir olunaraq yenidən tamaşaçıların ixtiyarına verilməsidir. Tam yeni dizayn, forma tikiliş üslubu ilə əvvəlki görkəmindən əsaslı surətdə seçilən bu teatr binası həmin gün son dərəcə zövqlə bəzədilmişdi. Üçrəngli bayrağımızı əks etdirən ipək parça, gül-çiçək şarlarla bəzədilmiş binaya xüsusi gözəllik, tədbirə gələn qonaqlara isə xoş ovqat bəxş edirdi.

Təbii ki, bu gözəlliyi daha dolğun, daha maraqlı edən çoxsaylı teatr kollektivlərinin çıxışları oldu. Sənətsevər tamaşaçılar illərdən bəri səhnə ekranda görüb sevdiyi aktyorlarla həmin gün yaxından tanış olmaq imkanı qazandılar. Bəlkə elə bu səbəbdən tamaşaçılar sevimli aktyorlarını — “Mixaylonun əvəzsiz ifaçısı, xalq artisti Nodar Şaşıkoğlunu, Səyavuş Aslanı, Yaşar Nurini, Solmaz Qurbanovanı, Rafiq Əzimovu, Hacı İsmayılovu, İlham Namiq Kamalı, Tarıyel Qasımovu, Firəngiz Mütəllibovanı, Almaz Mustafayevanı, Ağaxan Salmanovu, Ramiz Məmmədovu digərlərini uzun müddət əhatəyə alıb buraxmaq istəmirdilər.

Hiss olunurdu ki, teatr rəhbərliyi tədbirin şən və yaddaqalan keçməsi üçün əlindən gələni əsirgəməyib. Tədbirə dəvətli qonaqlar sırasında mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Ədalət Vəliyev, respublikanın tanınmış elm, sənət adamlarıyla yanaşı çoxsaylı KİV nümayəndələri vardı. Bayram tədbiri teatr kollektivlərinin paradı ilə başladı.

Kukla teatrının “Musiqiçilər” qrupu, Musiqili Komediya Teatrının “Arşın mal alan”, Akademik Milli Dram Teatrının “Ölülər”, Pantomim Teatrının “Skripkaçalanlar”, Rus Dram Teatrının “Lənkəran xanın vəziri” və digər teatr kollektivlərinin göstərdikləri səhnəciklər tamaşaçılar tərəfinndən sürəkli alqışlarla qarşılandı. Tədbirin sonunda mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək teatr kollektivlərini bu əlamətdar gün münasibətilə təbrik edib onlara daha böyük yaradıcılıq uğurları arzuladı. Tədbirin sonunda Rus Dram Teatrı kollektivinin ifasında M.F.AxundovunLənkəran xanın vəziriəsərinin tamaşası göstərildi.

Tədbirin bizim teatrda keçirilməsi kollektivimiz üçün böyük, həm də tarixi bir hadisədir — deyə tədbirin sonunda qəzetimizə müsahibə verən teatrın direktoru Ədalət Hacıyev sözünə davam edərək dedi:

- Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, Azərbaycan mədəniyyətinə, onun incəsənətinə göstərilən diqqət və qayğı ənənəsi bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Məhz belə münasibətin nəticəsidir ki, teatrlarımız, mədəniyyət incəsənət yönümlü əksər mədəni obyektlərimiz əsaslı təmir olunub yenidən xalqın ixtiyarına verilmişdir. İstilik, işıq səs avadanlıqlarının yeniləşməsi, 600 nəfərlik tamaşaçı zalının 461-ə endirilməsi, cərgəarası keçidlərin genişliyi, isti-soyuq hava tənzimləyiciləri, aktyorların qrim otaqları, bir sözlə, yaradıcı adamların tamaşaçıların rahatlığı üçün hər cürə şərait yaradılmışdır.

Nazirliyin repertuarımızda olan bir çox əsərlərə yeni səhnə həyatı verilməsi üçün vəsait ayırması bizi daha böyük nailiyyətlərə ruhlandırır. Yeni istifadəyə verilmiş, öz ənənəsi olan teatrmızda da adımıza layiq, bizi sayıb bu teatra qədəm qoyan sənətsevər tamaşaçılara layiq əsərlər oynamağa çalışmalıyıq.,

 

Xalq qəzeti.- 2008.- 19 sentyabr.- S. 7.