Məhərrəmova T.
Mənim yaradıcılığımda
müasir dramaturqlara az yer verilib
Əsgər Əsgərov,
reyissor: "Hər bir tamaşada özümü ifadə etmək imkanım olub"
Yay mövsümü
başa çatır.
Teatrlar yenidən pərdələrini tamaşaçılarının
üzünə açmağa
hazırlaşırlar. Hələlik
tamaşalar göstərilməsə
də, kollektivlər qızğın məşqlərə
başlayıblar. Əlaqə saxladığımız
əksər teatrlarda bunun şahidi olduq.
Akademik Milli Dram Teatrının kollektivi isə teatrın binası təmirə dayandığından
yeni mövsümü
Dənizçilərin Mədəniyyət
Evində qarşılayacaq.
İki illik təmir dövründə yaradıcı
heyətin tamaşaçılara
hansı səpkili tamaşalar təqdim etməsi hələlik onların mətbəxinin
sirri olsa da, açıqlanacaq.
Əsas odur ki, tamaşaçılarını
perik salmamağa və öz nüfuzlarını qorumağa
çalışacaqlar.
Teatrın reyissoru Əsgər Əsgərov müsahibəmizdə
yeni planlarını açıqladı:
- Yeni
mövsüm üçün
Aqata Kristinin "Tələ" əsərini
səhnələşdirəcəyəm.
Əslində, tamaşanın məşqləri
keçən mövsümün
axırlarında başlamışdı.
Əsər detektiv yanrdadır.
Tamaşada demək olar ki, teatrın
bütün aparıcı
aktyorlarına rol vermişəm.
- Siz ən çox psixoloyi və detektiv yanrlarda əsərlərə
yozum verirsiniz. Bu yanrlardan başqa,
sizi daha nə maraqlandırır?
- Mən
demək olar ki, bütün yanrlarda əsərlər səhnələşdirmişəm. Psixoloyi yanr deyəndə yəqin ki, "Ağlasığmaz
qətl"i nəzərdə
tutursunuz. Psixoloyi teatr artıq Azərbaycanda öz yerini tapıb. İndi özümü detektiv yanrda sınamaq istəyirəm. Görüm
bu necə alınacaq və aktyorlar özünü burada necə göstərəcək?
- Ümumiyyətlə, quruluş verdiyiniz əsərlərin fəlsəfi
yükü çox ağırdır. Hər bir yaradıcı adamın da gördüyü işin arxasında öz fəlsəfi ideyası olur. Nədir sizin fəlsəfi ideyanız?
- Mən
əsərdən çıxış
edərək bu əsərləri səhnələşdirmişəm.
Müəlliflərin özləri
müəyyən fəlsəfi
ideyaları həmin əsərlərə qoyurlar.
Mən də müəllifin yazdığını
tamaşaçıya çatdırmağa
çalışıram. Düzdür,
hər bir tamaşada özümü
ifadə etmək imkanım olub. Bir vətəndaş, insan kimi bu
imkanı əldən
verməməyə çalışıram.
Bizim sənətimizin
gözəlliyi də
aktyorların, tamaşanın
vasitəsilə özümüzü
ifadə edə bilməkdir.
- Şekspirin "Romeo və Cülyetta"sını
səhnələşdirmək istəyirdiniz. Bu planınız
necə oldu?
- Bu, hələ sözdə qalıb. Hələ bu əsər üçün şərait
yaradılmayıb. Teatrımız
iki il təmirə
dayanıb. Bu müddətdə kompakt əsərlər səhnələşdiriləcək,
elə də böyük əsərlərə
yer ayrılmayacaq.
- Müsahibənizdə "plandankənar işlərim
var" demişdiniz. Onları həyata keçirə bildinizmi?
- Plandankənar
işlərim çoxdur.
Bu işlər mənimçün də,
aktyorlar üçün
də maraqlı olar. Elə əsərlər var ki, bu günə
qədər işlənməyib.
Məsələn, "Tələ"
əsəri İngiltərənin
bir teatrında 12 min dəfə oynanılıb.
Tamaşa gennesin rekordlar kitabına düşüb. Ümumiyyətlə,
mən klassikləri çox sevirəm. Əgər onlar bu günə
qədər yaşayırlarsa,
demək, yaradıcılıqları
bu əsərlərə
yenidən müraciət
etməyə imkan verir. Dünya durduqca Şekspirin, Molyerin əsərləri yaşayacaq. Kamyunu da onların siyahısına salmaq olar. Mənim yaradıcılığımda ümumiyyətlə, müasir
dramaturqlara az yer verilib.
- Bu gün teatrlarda
dünya və müasir dramaturqların əsərlərinə çox
müraciət olur. Klassikləri çıxmaq
şərtilə, demək
olmaz ki, oynanan əsərlərin hamısı layiqlidir. Sizcə zəif əsərin səhnəyə
yol tapmasının günahı kimdədir? Aktyorda, reyissorda, teatr rəhbərliyində,
yoxsa tamaşaçıda?
- Mən
belə düşünürəm
ki, zəif əsər olmur. Sokratın belə bir sözü var: "Hər bir insanda Günəş
var, imkan verin, o parlasın!" Əgər teatr əsəri qəbul edirsə və əsər müəyyən instansiyalardan
keçib gəlirsə,
o, artıq zəif əsər deyil. Zəif tamaşa alına bilər. Sadəcə, əsəri
açmaq, təqdim etmək lazımdır. Əlbəttə, zəif əsər
teatra yaxın buraxılmamalıdır. Çünki
əsərlər ələnə-ələnə
gəlib teatra çıxır. Əgər gəlib
çıxırsa, artıq
o əsərə münasibət
tam ciddi olmalıdır.
- Sizcə bu gün teatr özündə hansı komponentləri ehtiva edir?
- Mən
Naxçıvan Teatrında
rəhbər işləyəndə
xalqın bugünkü
istəyini nəzərə
alaraq tamaşa hazırlamağa çalışırdım.
Tamaşaçının nəbzini
tutaraq, bu gün onun könlünü
oxşayan əsərlərə
müraciət etmək
üçün teatrın
özünün ayrıca
bir düşüncəsi
olmalı, bəşəri
problemləri qarşısına
qoymalı, heç vaxt dar çərçivədə
işləməməlidir. Teatr yalnız bir xalqın, bir kütlənin olmamalıdır. Biz elə
tamaşa qurmalıyıq
ki, insanın psixoloyi problemləri təkcə Azərbaycanla
yox, hətta dünya ilə səsləşsin. Çünki
insani problemlər ümumbəşəri, hər
yerdə mövcud olan problemlərdir. Teatr yalnız belə birləşə bilər. Mən fevral ayında Moskvada Anatoli Vasilyevin dramatik teatrında təcrübədə
oldum. Bu mənim
üçün çox
maraqlı idi. Oradan çox şey götürdüm.
- Müsahibələrinizin birində sizi Naxçıvan Teatrında
ideal hesab etdikləri üçün Bakıya
gəldiyinizi demisiniz.
Yəni bu gəlişinizlə bir növ əvəzolunmaz missiyasını boynunuzdan
atmaq istəmisiniz. Bu, həddən artıq
təvazökarlıq idi,
yoxsa imic yaratmaq yesti?
- Naxçıvan
Teatrında elə şərait yaranmışdı
ki, özüm qurub baxırdım. Elə yer olur
ki, insan orda özünü tamamlayır və ona yeni bir
məzmun lazım olur. Mən orda tamamlanmış formada idim və
başqa bir qəlibə girməyim lazım gəlirdi. Burda artıq yeni bir cığıra
düşdüm. Mən
orda baş reyissor işləyirdim. Çox cavanikən böyük bir teatra rəhbərlik
edirdim. Müəllimim
Həsən Turabov
"Azdrama"da bədii
rəhbər idi. Dəfələrlə mənə
Bakıya gəlməyi
təklif edirdi. Qismət oldu, Bakıya gəlib müəllimimin yanında
işləməyə başladım.
Biz birlikdə teatrda çalışmaqla
bərabər İncəsənət
İnstitutunda kurs aparırdıq.
- Naxçıvan
Teatrında baş reyissor kimi çalışanda
təbii ki, orda səlahiyyətləriniz,
yaradıcı imkanlarınız
daha geniş olub. Burda isə
sıravi bir reyissorsunuz. Hansı fəaliyyətinizi daha uğurlu hesab edirsiniz?
- Sözün düzü, burda gördüyüm işlər
daha peşəkar və dərindir. Naxçıvan Teatrında
qurduğum Cəfər
Cabbarlının "Aydın",
Əziz Nesinin "Ölən adam" tamaşasını öz
yaradıcılığımda yüksək rəfə qoyuram. Lakin burda yeni bir
cığırla irəliləməli
oldum. Dünya teatr prosesini izləyirəm. Mənə
elə gəlir ki, belə ifadə
vasitələri, belə
oyun tərzi bu gün lazımdır.
Düzdür, bəzən
köhnədən yeniyə
keçmək çox
çətin olur. Bəzən reyissorların
adı da onların qurduğu tamaşada oynayır. Onların adı tamaşaya başqa gözlə baxmağa məcbur edir.
- Tamaşa
hazırlamaq üçün
Naxçıvan teatrına
dəvət alırsınız?
- Çox teatrlardan
dəvət alıram.
Amma heç yerə getmirəm.
- Bayaq
Sokratın məşhur
deyimini xatırlatdınız.
Bu teatra gələndən sonra sizdəki Günəşin
qarşısını buludlar
almadı ki?
- Yox, bəxtim
ona görə gətirdi ki, teatrın bədii rəhbəri mənim müəllimim idi və onun dəvəti
ilə gəlmişdim.
Həsən Turabov məni teatrda qanadları altında qoruyub saxlayıb. Mən hər dəfə tamaşa quranda ənənəni sındıran məqamların
çox olacağını
o bilirdi. Həsən müəllim
məşqlərimə baxır
və məsləhətlərini
verirdi. "Skapenin kələkləri"ni qurduqda artıq Əlabbas Qədirov direktor idi. Həsən
müəllim məşqlərə
baxmağa gəlirdi. Heyf ki, tamaşanı
görə bilmədi!
Bu
yaxınlarda "Lider"də Həsən Turabov haqqında filmim göstərildi. Onun haqqında hər şeyi filmə salmaq istəyirdim. İstək o qədər idi ki, bu məni
peşəkarlıqdan uzaqlaşdırırdı.
Şükür olsun,
film haqqında həm ailəsindən, həm sənət yoldaşlarımdan yaxşı
sözlər eşitdim!
- Yenə
də İncəsənət
Universitetində kurs aparırsınızmı?
- Həsən
Turabovdan sonra instituta getmirəm. O məni dəvət etmişdi, mən də getmişdim. Ondan sonra isə
dərs demək istəmirəm.
- İndicə etiraf etdiniz ki, o sizi teatra
da çəkib gətirmişdi. Ondan sonra sizin
üçün çətin
olmadı ki?..
- Əlbəttə,
Həsən müəllimin
ölümü böyük
itkidir. Həsən Turabov böyük dayaq idi.
Kaspi.- 2008.- 9 sentyabr.- S. 11.